Alibaba.com dan mal almaq

Salam. Mən alibaba.com saytında axtarış edirəm. Nəsə maraqlı məhsul tapıb çox miqdarda Bakıya gətirib satmaq istəyirəm. Bilmək istədiyim budurki, əyər nəsə gətirsəm gömrüklə bağlı necə problem yaşaya bilərəm? Yaxud başqa nə problem yarana bilər? Həmdə ordan online formada iri miqdar məhsul almaq nə dərəcədə düzgündür və nə qədər müddətə gələr? Əvvəlcədən təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Xaliq Babayev (2014-04-26 19:36:13)
Aha aydındı.Mən fikirləşirdimki yəqin məlumat verməzlər.Yəni manapolya olsa birdən o barədə deməz axı düzgün məlumat. Bəs alibabadan iri miqdar malı online formada almağa nə deyirsiz? Düzgün olar sizcə?

E. Hacı (2014-04-26 17:31:24)
Gömrük saytında bütün qanunvericilik var, səbrlə oturub oxumaq olar məncə, ciddi yanaşırsızsa, və ya real praktikası olan sahibkardan soruşmaq olar. Ən nəhayət Gömrüyün öz məlumat telefon xətti var, onlardan istiqamət almaq olar, ki mən nə etməliyəm bu işin bürokratik tərəfini tam çözmək üçün, mənə ardıcıllığı deyin. Təbii ki kömək edərlər soruşsaz

Xaliq Babayev (2014-04-26 17:27:50)
Çox sağol Elvin. Mənidə maraqlandıran işin hüquqi tərəfləridi. Çünki iri miqdarda malı kommersiya məqsədi ilə gətirirəm. Mən bilmək istəyirəmki gömrük işini necə həll edim? Yəni birdən işə girişərəm mal gələr ama gömrükdən heç cürə buraxmazlar yaxuda bunun kimi başqa məsələlər. Qısaca tam dəqiq bilmək istəyirəmki filan malı gətirsəm pulunu ödəyib keçirə biləcəm yada alınmayacaq.

E. Hacı (2014-04-26 09:05:23)
Əlbəttə çıxar problem. Intermet alış veriş şəxsi istifadə üçündür. Indi bir bir nəyisə alıb gətirb burda icazəsiz satanlar da var forumlarla və ya şəxsi tanışlara o heç. Amma ticari məqsedle çoxlu gətirirsizse gömrük rüsumu odemelisiz, vergi ödəməlisiniz. Yəni əgər hüquqi tərəfin həll etməmisinizsə, girişməyin

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Debet kart barədə sual

Godaddy ilə bağlı problem

Online yaddaşdan istifadə

Billing adress-in fərqli olması geri ödənişin edilməməsinə səbəb ola bilər mi?

Velosiped almaq, istisna sual

crazydeals.ae – təcrübəsi olan varmı.