Telefon sifariş verdim. EMS hara göndərəcək ?

Salam. fromnan tel sifariş etdim. EMS ilə. Kurye evə gətirəcək ya poçta mənim adıma gələcək ? Zəhmət olmasa bu haqda ətraflı yazın

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Həsən (2014-04-26 23:19:39)
Aha bildim. Təşəkkür edirəm məlumat üçün.

E. Hacı (2014-04-26 23:03:02)
EMS ekspress poçtdur, evə gətirməlidir 99%, mən digər ekspress çatdırılmalar ilə nə sifariş vermişəmsə həmişə evə gətiriblər, daha doğrusu zəng ediblər ki Bakı ərazisində hara istəyirsizsə ora deyin gətirək. Bircə dəfə rayona sifariş vermişdim başqasına, onda da Bakıda poçta vermişdilər, nəsə rayonlara işləmirlər, Bakıdan da öz poçtumuz ilə 1 günə rayona getmişdi.

Həsən (2014-04-26 23:00:50)
Elvin bəy, ödənişi bir başa Bakı ofislərinə etdim. (Sazz) Adresim qeyd edildi. Sadəcə orda sifarişi qeyd edən məndən poçt indeksidə soruşdu. Mənə qaranlıq qaldıki məhsul Ərazinin poçtuna gələcək ya EMS kuryesi tərəfindən evə ?

E. Hacı (2014-04-26 22:56:44)
Salam. Təzədən sifariş bölməsinə girin görəcəksiz ki orda seçimlər var hara gətirilsin. Siz ünvanı daxil etməmisizsə hardan tapacaq ki sizin evi? O halda yəqin ki bakı ofisinə gələcək sizə zəng edəcəklər ki hara gətirək. Ödənişi də online etmisiniz yəqin, etməmisinizsə gəlməyəcək, gedib bakı ofislərində pulu ödəyin sabah və ünvanı da deyin elə ordaca

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sifariş barədə

Aliexpress izləməyə nəzər yetirin

Uctetsiz gonderim nedir?

Türkiyədən kitab sifariş etmək.

EMS malın göstərilməsi.

Trendyoldan Azerbaycana nece sifaris etmek olar