Lenovo s720

Salam mən aliexpressdən original lenovo s720 aldım.Telefon duasdı amma bir imei kodu var.Qeydiyata saldıranda dedilər ki, biz deyə bilmərik ikincisi işləyəcək ya yox.Sizlərdən soruşmaq istəyirəm ki bir imei kodu hər iki nömrə işləyəcək?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Mehman Elxanoglu (2014-05-02 18:43:41)
Adətən hər hansı operatorla problemsiz işləyirsə, məntiqə əsasən eyni IMEI kod ilə digər operatorun da şəbəkəsində problemsiz işləməlidir.

macid (2014-04-29 13:02:15)
Bir imei kodu ilə ikisidə işləyəcək ya yox?

E. Hacı (2014-04-29 10:44:32)
Nə olar yazınca "Sualınız saytda ən üstdə görünsün" linkinə klik edin belə olanda. Ki saytda sualınız ən yuxarıda görünsün, köhnə sual olsa belə.

Mehman Elxanoglu (2014-04-29 10:27:00)
Ola bilər ki, bunu operator şirkətin xeyri üçün deyib. Məsələn, getmisiniz Azercellə, müştəri xidmətindəki qız Sizə deyir ki, biz öz operatorumuza cavabdehik, o biri operatorla işləyəcəkmi ya yox, o haqqda heç nə deyə bilmərik. Əslində qızın verdiyi cavab bu halda düzgündür, çünki, əvvəla heç vaxt öz şirkəti (məsələn, Azercell) dura-dura digərini (məsələn, Bakcell, Nar) tərifləməz və ya dilinə gətirməz. İkincisi, ilk hərəkəti ilə içinizə "qurd da" sala bilər, hansı şirkət öz müştərisini itirmək istəyər ki?! Üçüncüsü, lap işləyəcəyini bildiyi halda belə, o, bu haqqda Sizə dediyindən artığını deməməyə məhkumdur, çünki, rəhbərliyin sərt xəbərdarlığı ola bilər, yəni müştəri xidmətlərinə müştəri hər zaman haqqlıdır prinsipi aşılanır, ancaq bundan daha önəmlisi də tapşırılır: şirkətin mənafeyini hər zaman müdafiə etmək! Odur ki, hər hansı operatorla problemsiz işləyirsə, məntiqə əsasən eyni IMEI kod ilə digər operatorun da şəbəkəsində problemsiz işləməlidir.

macid (2014-04-28 22:11:06)
Nə olar mənimdə sualıma cavab verində

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İmei kod yoxlamaq

İmei qeyddiyat sistemi

İMEİ nömrə hansı hallarda beynaxalq Blacklistə düşə bilər ?

Telefonda İMEİ xətası var.

telefon seçimində çətinlik seçirəm

Notebook üçün Cooler haradan almaq olar ?