Web brauzer və microdata

Salam dostlar, verəcəyim sual bir az "savadsız" kimi səslənə bilər, ancaq həqiqətən də bunu bilmək istərdim. Web bələdçilərdə (Chrome, Opera, Firefox və s.) MicroData semantik elementi (bəlkə də funksiyası) nədir və bunun olması bələdçilərə nə kimi üstünlüklər verir, məsələn, Chrome 26-da MicroData var, ancaq 36-da yoxdur. Eləcə də Firefoxun 17+ versiyalarında da var.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2014-04-30 01:46:05)
Deməzdim. Daha çox - kiçik həcmli informasiya

Mehman Elxanoglu (2014-04-29 11:41:42)
MicroData - kiçik verilənlər bazası kimi bir şey?! Yəqin indi düz başa düşdüm?!

E. Hacı (2014-04-29 10:43:00)
Yox yox, ünvan sadəcə nümunə idi. Microdata saytda yerləşən teqlərin əsl mahiyyətini maşınlar üçün açan verilənlərdir. Yəni loru deyim, İstifadəçi saytda girir və üstdə görür ki Bizim telefon: xxx xxxxxxx. Və bunu anlayır. Saytın kodunda isə [code]

Bizim telefon: xxx xxxxxxx
[/code] yazılıb və bot alqoritm bunu sadəcə yadında saxlayır ki google-da kimsə axtaranda tapsın. Amma bot özü heç bir informasiyaya malik olmur ki bu nəmənə məlumatdır, sadəcə kor koranə saxlayır. Amma [code]
Bizim telefon: xxx xxxxxxx
[/code] tipində bir şey yazılanda bot başa düşür ki saytın aid olduğu şirkətin telefonu budur və onu əlavə məlumat kimi saxlayır, lazım olanda google-da saytı axtaranda birbaşa google-da çıxarır ki nömrəsi budur şirkətin, sayta keçmədən.

Mehman Elxanoglu (2014-04-29 10:33:32)
Yəni dediyinizdən belə başa düşdüm ki, MicroData elementi saytın daha dəqiq ünvanını təyin etmək üçün olan bir vasitədir, düz başa düşdüm?

E. Hacı (2014-04-29 10:26:33)
Qısaca desək microdata source kodun maşın tərəfindən daha ağıllıca tanınması üçün olan html teq parametrləridir. Maşın dedikdə praktiki nümunə kimi Google axtarış botlarını götürmək olar. Sadə nümunə, məsələn saytın kodunda kiçik parça varsa: [code]

Ünvanımız:

Filan şəhər, filan küçə

[/code] Belə teq olanda Google başa düşür ki bu saytın aid olduğu şirkətin ünvanı budur və onu axtarışda çıxarır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

notbukum işləmir

Online Test Scripti

Firefoxda Babylon Search`ü necə yığışdırım?

Chrome ilə wap çatlara necə girim?

OPERADA İŞLƏYƏN ADOBE FLASH PLAYER PROQRAMI VARMI?

Chrome Tab”ın avtomatik yenilənməsi