Dropbox qovluğu

Hər vaxtınız xeyir. Dropboxla bağlı xırda bir sualım var. Mən flaşkartımdakı fayllarımı Dropboxa yükləmək istəyirəm. Faylları Dropbox qovluğuna atsam, C: diskinə yükləyib sonra dropboxa yükləyəcək, yoxsa birbaşa dropboxa? Yəni komputerdəki Dropbox qovluğunun C: diskinə bir adiyyatı var ,yoxsa ayrıca bir "free space" kimi yer tutur? Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Mehman Elxanoglu (2014-04-30 23:45:09)
Dropbox qovluğu adətən sistemin quraşdırıldığı diskdə olur, bunu nəzərə alsaq, qovluğunuz böyük ehtimal ki, C diskinin hansısa bir "küncündə" olacaq, yəni Dropbox qovluğunda olan fayllar əslində C diskindən müəyyən qədər "ərazini" zəbt edir. Komputerdəki Dropbox qovluğunun C: diskinə bir adiyyatı var, yoxsa ayrıca bir “free space” kimi yer tutur? - sualının cavabı, əgər susma rejimində qovluğun yerini dəyişməmisinizsə və sistem C diskində quraşdırılıbsa, bəli, Dropbox qovluğu C diskinə aiddir demək olar. Flash kartdan birbaşa Dropboxa da yükləyə bilərsiniz, ancaq Dropbox, bulud texnologiyasının məntiqinə əsaslanıb, kompüterinizdə Dropbox bir proqram kimi quraşdırılıbsa, yüklədiyiniz faylları birbaşa flash kartdan yükləsəniz belə, yenə də C diskindəki Dropbox qovluğuna "köçürdəcək".