Niyə olmazki reklam istifadəçilər sayta yalnız ehtiyacı olan şey üçün girəcək axtarıb tapıb alacaq çıxacaq digər şeylərə baxmayacaq amma digər şeylər reklam olunsa istifadəçilər ala bilərlər məsələn siz saytın istifadəçilərinə yerləşdirdikləri əşyaları ilk səhifədə reklam etməyi təklif edə bilərsiniz reklam üçün də əlavə pul ala bilərsiniz və yaxudda belədə ola bilər əvvəldən istifadəçidən heç bir pul almırsınız və istifadəçilərə əşyanı reklam etməyi təklifedirsiniz amma bir şərtləki reklam üçün əvvəlcədən pul almırsız satılandan sonra alırsız alırsız reklam müddətinə görə məsələn 1 günlük reklama görə malın qiymətinin n % i qədəri düzdür mal satılmayada bilər ancaq belə olsa istifadəçilər əvvəlcədən heç bir şey ödəmədiklərinə görə rahatlıqla reklam edə biləcəklər
Problem odur ki adsense-də ilk baxışdan hər şey əla görünür, əmələ gələndə isə aşkara çıxır ki Azərbaycanda veb saytların azı 95%-i adsense qaydalarını pozur və ona qoşulsalar az müddətə ban edilərlər. Yəni bizdə o təfəkkür inkişaf etməyib ki pirat olmaz, başqasından xəbər oğurlamaq olmaz, qanuna zidd materiallar dərc etmək olmaz və.s.
Ən yaxşısı google adsense yoluyla pul qazanın.cavablar.net tərzdə keyfiyyətli bir sayt açın, saytın mövzusuna gəlincə - məsələn: oyun saytı olabilər. vəya xanımlara yönəlik moda saytı. ziyarətçisi nə qədər çox olarsa bir o qədərdə qazancınız bol olar. bu yoldan 1000, 2000$ 10000$ belə qazananlar var. əlbətdə ki bunun üçün səbirli olub doğru iş görmək lazımdı. film, mp3 buna bənzər saytlardan uzaq durun. başqasına aid müəllif hüquqlarıyla əlaqədər saytları adsense dəstəkləmir! google`də "adsense nedir" yazın çox məlumat çıxacaq.
Mən belə planlaşdırıram ki saytda məhsulları istifadiçilər yerləşdirsin.Və ya məsələni birazda irəliyə aparıb şirkətləri bura cəlb eləməy olar.Facebookda shopping səhifələri çoxdu.Onları cəlb eləməy olar.Sayt sadəcə satıcıyla müştəri arasında körpü rolu oynayacaq.Belə fikirləşirəm satıcılardan kommisiya və ya aylıq abunə haqqı almaqdan başqa qazanc gəlmir ağlıma
Baxır nə satırsız və necə satırsız. Özünüz düşünün, Bakı şəhərində hər dükan açan pul qazana bilirmi? Xeyr. eləsi var qazanır, eləsi də var ziyana işləyir və qapadır. İnternet platforma da real ilə eynidir bu baxımdan.
Saytın funksionallığı, dizaynı, adı və.s. hər biri nə dərəcədə uğurludur bundan çox şey asılı.
Nə satacaqsınız bundan çox şey asılı.
Reklam strategiyasınını necə seçəcəksiniz buna nə qədər pul xərcləyəcəksiz bundan da çox şey asılı.
Öncədən ay il demək olmaz bu işdə, bunu siz özünüz strategiyanızda müəyyən etməlisiniz.
Elə edə bilərsiniz ki 1 ay ziyana işləyib gələn aydan ayda 100$ qazanasız, elə də edə bilərsizni ki 1 il ziyana işləyib sonra ayda 10 min qazanasız.
Biznes sadə iş deyil, ki öncədən müddət və rəqəm demək olsun. Ona görə də mən konkret cavab vermədim
satış saytını qursam 5-6 ay ərzində qazanca keçə bilərəm ?
Pul gətirən modelllər saysız hesabsızdır, bir neçəsini özünüz saydınız. Amma bunları sadəcə saymaqla pul gəlmir, birini seçib hərəkət etmək lazımdır. Hərəkət olandan sonra pul da olacaq, dərhal yox, səbr etdikdə.
Siz əsas Layihəni fikirləşin. Pulu qazanacaqsınız.
Təbiiki əziyyət çəksəniz.
Texnalogiya Portalı yaxşı olar məncə.
Reklam dedikdə nə cür reklam ola bilərki elə saytda.Nədənsə bu lahiyə ağlıma batdı.Deyəsən elə bunu hazırlayacam..
Reklam və satılan malın pulunun neçəsə faizi