Adf.ly nəyə əsaslanır?

Salam. Adf.ly da Azərbaycana hər 1000 klikdə 1$ , Almaniyaya isə 3$ verir. Bu nəyə əsaslanır? Yəni kliklərin hansı ölkədə edilməsinə əsaslanır yoxsa hansı ölkədə qeydiyyat keçməyimdən asılıdır? Məsələn Almaniyadakı tanışım bank kartıyla adf.ly dan qeydiyyatdan keçsə həmin qısaldılmış url-a Azərbaycanda klik etsəm hər 1000 klikə 1$ verəcək yoxsa 3$. Anlamadızsa daha ətraflı yaza bilərəm.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2014-05-03 17:19:51)
Salam. Reklam bazarı regionlar üzrə fərqlidir. Məsələn Almaniya tv-si ilə Aztv-də reklamın 1 saniyə üçün olan qiymətləri təbii ki fərqlidir, bu da belə. Yəni iqtisadi qanunauyğunluqdur. Kliklər hardandırsa qiymət də ordan hesablanır. Sizin harda qeydiyyatdan keçməyiniz önəmli deyil. adf.ly isə özü isə necə bir servisdir, etibarlıdırmı və.s. bu haqda nəsə deyə bilmərəm, sadəcə bu sektorda qiymətlərin formalaşmasını izah etdim. adfly olmur başqası olsun, fərq etməz

Baxisli Ilham (2014-05-03 16:42:50)
Araşdırdım. Deyilene göre hansı ölke klik edirse ona esaslanır.