php də mail funksiyası

Salam php dəki mail funksiyası ilə 1000-2000 emailə birdəfəyə eyni məktubu göndərmək mümkündür?birdə buna qadağa yoxdur?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Azerbaycan (2014-05-03 21:45:07)
Deməli 2-3 məndə 1000-2000-dən danışıram :) oldu çox sağolun

E. Hacı (2014-05-03 19:38:53)
Necə dənə istəsəz. Dedim axı problem texniki yox, hüquqidir, ban edəcəklər mass mail etsəz. Bir dəfəyə 2-3 uzağı dörd mail normal sayıla bilər

Azerbaycan (2014-05-03 19:30:24)
Bəs maksimum neçə dənə gedər?

E. Hacı (2014-05-03 17:17:23)
Qadağandır düz eşitmisiz də, yuxarıda izah etdim niyə qadağandır. Yəni php-də qadağan deyil e, hostinq satanların qaydalarına ziddir, yəni etsəniz sizin hostu blok edəcəklər, o mənada. Xeyr, hosting şirkət heç bir pul qarşılığında buna razı olmaz, çünki bir serveri 1000 yerə bölüb satır, siz də 1000-dən biri, bir dənə sizə görə digər 999 müştərinin mail xidmətləri təhlükə altına düşürsə(google, yahoo, yandex və.s. spam gələn serveri ban edə bilər deyə) heç bir halda sizdən bu qadağanı götürməz. Ən yaxşısı kənar xidmətlərdir, hansılar ki sırf bu işlə məşğuldurlar və serverləri də ancaq bu iş üçün qurulub

Azerbaycan (2014-05-03 17:13:19)
Nəbilim nəsə belə bir şey eşitmişdimki qadağandır guya pullu olsa məsələn pulun bir miqdarın versəm hostinq satan şirkətə limiti yığışdırallar görəsən?

E. Hacı (2014-05-03 12:52:35)
Salam. Kim qadağa qoyacaq ki, php? php mail funksiyası yazılan emaillərin hamsına mail göndərməyə cəhd edir. Gerisi qalır serverin boynuna. Sizin serverdəki mail serverin imkanına. Məsələn shared hostinqdə alınmaya bilər bu, çünki limitləyirlər hər şeyi. Öz serverinizdə isə alınar, amma spam şübhəsi olsa serverin sahibi olan şirkət sizin serveri ləğv edə bilər. Məhz bu cür səbəblərə görə pullu email göndərmə xidmətləri mövcuddur (rassılka), orda da qiymətlər ucuz olmur amma. Üzv olursuz, mailləri daxil edirsiz və göndərirlər onlar sizin əvəzinizə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Hacking tecnique

Android software update

Komputere Ram Taxmaq

Ebay pulun qaytarılması

whatsappda qrup

Telefonda gizli qovluq açmaq