İMEİ kodunu dəyişmək cinayətdir?

Salam.İMEİ kodunu dəyişmək cinayətdir? Əyər telefonun İMEİ kodunu dəyişib qeydiyyata saldırsam mənim üçün nəsə problem olar və mən buna görə hansısa problemlə üzləşə yaxud cinayyət məsuliyyəti daşıya bilərəm? Öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2014-05-04 12:38:56)
Locked telefonu unclock etmək həmin ölkələrdə birbaşa oğurluq kimi bir şeydir. Yəni məsuliyyəti var, ona görə də etmirlər insanlar. Opeartor telefonu müştəriyə çox ucuz satır, qalan pulu özündən verir smartfon buraxan şirkətə. Belə olan halda elə telefonu unlock etmək cəhdi operatorun malını oğurlamaq kimi bir şeydir. Bizim ölkədə isə dediyim kimi birbaşa buna aid qanunlar məncə yoxdur. Ona görə də nəsə demək çətindir.

E. Hacı (2014-05-04 12:09:17)
Bəli real olaraq dəyişmək olmur, amma müxtəlif metodrar var ki aldatmaca xarakterli iş görür, yəni telefonun real imei-ni yox, fərqli imei çıxarır request edəndə. Bunu isə asanlıqla üzə çıxarın real imei-i öyrənə bilirlər mütəxəssislər. Serxan_778, Cinayət ya inzibati məsuliyyəti var bilmirəm, bəlkə də bizim qanunvericilikdə bu haqda hələ ki nəsə yoxdur, amma böyük başağrısı yarada bilər, məncə girişməyin bir geydirmə telefondan ötrü.

Baxisli Ilham (2014-05-04 12:07:23)
Bezileri At&t, verizon ve s. bunları unlock edir. 50 Azn filan bunlar düzgündür. yeni bele şey bacarmaq olar? Çünki At&t ele olurki telefonu. qiymetinden 40% ucuzuna satır. Unlock lar olanlar dan sonra t-mobile, at&t ... ne xeyir qalır?

Cabbarov Sübhan (2014-05-04 11:49:37)
IMEI kodu dəyişmək mümkün deyil, bu kod birbaşa telefonun əsəs sixemində qeyd edilir. O sxemə isə yalnız bir dəfə IMEI kod yazıla bilinir. Ola bilsin peşəkarlar nəsə bacarsın ancaq tam dəqiq deyil. IMEI kodu dəyişmək o vaxt problem ola bilər ki o IMEI kod axtarışda olsun