VPS`lə domeni necə birləşdirmək lazımdır?

Salam. Xahiş edirəm, mənə kömək edəsiniz. Mən respublika əhəmiyyətli saytlar hazırlayıram və buna görə də VPS serverim (800 GB - VPS optimized 3) var. Bir neçə aktiv domen işləyir. Dünən 3 yeni domen əlavə etdim. Bütün lazım olan işləri yekulaşdırdıqdan sonra 24 saat keçdi. Amma qoşulmadı. Mən adi qayda ilə "add nev account" etdim. Mənə dedilər ki, DNS Manegement`dən domain zonası əlavə edim. Ora girib baxdım ki, domen zonaları əlavə edilib. Xahiş edirəm, mənim nə edəcəyimi yazın. Və ya əgər mümkünsə, video-dərs göndərin (dilindən asılı olmayaraq). Server: WHM VPS Optimized 3 Təşəkkürlər! Sağ olun!

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Cabbarov Sübhan (2014-05-04 20:15:40)
Şəxsi NS yaratmaq üçün domain satan şirkətin idarə panelinə daxil olub orda istədiyinin domainə uyğun HOST yaratmaq lazımdır. məsələn ns1.yeni.com - ns1.contabo.net(ip adresini yazın) ns2.yeni.com - ns2.contabo.net(ip adresini yazın) daha sonra domaində ns-ləri ns1.yeni.com və ns2.yeni.com kimi qeyd edə bilərsiz

Mirza (2014-05-04 18:00:49)
Messi. ora necə daxil olurlar? Özü də 8 sayt (heç birində saytda İP qeyd olunmayıb) eyni NS ilə işləyir, məncə yenisin yaratmağa ehtiyac yoxdur.

Messi (2014-05-04 17:52:07)
Domain Name IP Address Name Server 1 Name Server 2 Bu xanaları doldurub tesdiq etdikde NS-ler yaranır. Dediyim kimi önemli olan domain panelde serverin ip adresni qeyd etmekdir.

Mirza (2014-05-04 17:13:34)
Şəxsi NS`lər necə yaradılır? Bundan Əvvəl belə olmuşdu. Bir oğlan düzəltdi və dedi ki, DNS management`dən zonaya domaini elave etmek lazimdir. Mən çox axtardım, amma alınmadı. DNS functions`a baxdım, orada domainlər var.

Messi (2014-05-04 16:28:57)
VPS aldıqınız şirketin texniki şöbəsi size bu mövzuda kömək etmelidir. DNS Manegement -den özünüz şexsi NS yaradmalısız , şexsi NS olmasa bele bu NS -lere qoşulmalıdır ns1.contabo.net ns2.contabo.net Elave olaraq Domain panelde serverin ip adresini qeyd edin.

Mirza (2014-05-04 16:18:29)
CPaneldir, NSlər: NS1: ns1.contabo.net NS2: ns2.contabo.net

Mirza (2014-05-04 16:13:57)
CPaneldir, NSlər: NS1: ns1.contabo.net NS2: ns2.contabo.net

Cabbarov Sübhan (2014-05-04 16:09:06)
VPS üçün hansı idarə paneli işlədirsiz? DNS server qoşuludu? Hansı NS-lər işlədirsiz?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hosting və Domen Almaq

Domeni bərpa etmək lazımdır

Domen üçün NS

OpenVZ VPS və Xen VPS

Hosting Domen satışı saytı necə yaratmaq olar?

Web server necə yaradım