Samsung Galaxy S4 GT-I9506 vs Samsung Note 3 SM-N9005

Salam dostlar, bir neçə gündür ki, bu sual ətrafında fikirləşirəm: Samsung Galaxy S4 GT-I9506 vs Samsung Note 3 SM-N9005?! İnternetdə çoxlu sayda "side by side" qarşılaşdırmalar var, ən azı bu haqqda öyrənmək üçün gsmarenaya baxmaq kifayət edir. Məsələ burasındadır ki, hər iki cihaz demək olar ki, eyni çipşetə və GPU-ya sahibdir, fərq yalnız Note 3-də 3GB RAM olması (2GB-a qarşı), S-Pen olmasıdır. i9506 modelinin isə üstünlüyü TV Tunerinin olmasındadır. Lakin heç bir modeldə radio yoxdur. :( Yuxarıda göstərilən fərqlər mənim üçün o qədər də böyük önəm daşımır (3GB RAMı nəzərə almasaq), bilmək istədiyim bu iki cihazın SİNTETİK TESTLƏRDƏ (Antutu, CF-Bench, 3DMark, GFXBench, GeekBench, Benchmark Pi, LinPack, NenaMark, Quadrant Standard, Vellamo, Sensor Box, CukiHD və s.) özünü necə göstərməyidir. İnternetdə MƏHZ bu iki cihazı sintetik testlərlə qarşılaşdırmayıblar. Siz belə bir məqaləyə rast gəlmisinizmi?! Əgər rastınıza məhz bu iki cihazın hər hansı sintetik testi çıxıbsa, lütfən qeyd edərdiniz. Bilmirəm bunu demək nə dərəcədə düzgündür, Sizcə, bu iki cihazdan hansı məhz sintetik testlərdən qalib çıxar?!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-05-05 22:12:13)
Siz google-da tapmamısızsa, çətin ki başqa kimsə də tapa. Səbəb də sadədir, bu model aralıq modeldir deyə kimsənin marağını cəlb etməyib, i9500-dan getsəydi söhbət buyurun youtube dolub daşır videolarla, testlərlə.

Mehman Elxanoglu (2014-05-05 19:43:53)
Mənə maraqlı olan təxminən iki eyni cihazın 3GB-a qarşı 2GB RAMın sintetik testlərdə özünü necə göstərməsidir, hər-halda fərq 40-50% olmayacaq, bu nəzəri cəhətdən də düz gəlmir. Mənim özümü də çaşdıran i9506 modelinin aralıq model olmasıdır, haqqında çox az məlumat var (qarşılaşdırma, test və s.). Yəni heç kim belə bir qarşılaşdırma ilə rastlaşmayıb?! i9506 və N9005?

E. Hacı (2014-05-05 18:40:02)
Mənə maraqlıdır, məqsədiniz nədir ki bunu öyrənməkdə ? :) GSMArena-dakı parametrlər kifayət etməlidir məncə. RAM note3-də üstündürsə deməli ram-ı maksimal istifadə etməyən test növlərində tam eyni olmalıdırlar, ram-ı sınağa çəkəndə isə note 3. deməli note 3 daha güclü smartfon sayıla bilər. Həm də ki i9506 ümumiyyətlə aralıq modeldir, populyar model deyil, populyar olmayan, səssiz buraxılan modellərə isə şəxsən mən güvənmirəm, sanki test edirlər onunla nələrisə. Alıcılar beta tester rolunu oynaır nor növ :) Note 3 isə təkcə S-Pen-inə görə əvəzsizdir. Note 3 işlədib narazı qalan tanış görməmişəm şəxsən

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

PC- in gücünü/sürətini ölçmək

Telefon qeydiyyatı və saxta olma təhlükəsi

Kimya tapşırığı

Quiz düzəltmək üçün proqram lazımdır.

Kod test etmək üçün proqram

Web brauzer və microdata