Select və From yanında olan subquery-lər nə işə yarıyır?

Salam.Select və From yanında olan subquery-lər nə işə yarıyır?Where yanında olanları başa düşürəm amma bunu yox?Harda lazım olur belə sorğular?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2014-05-05 23:49:52)
[code] Select sum(say) from (select soz,count(soz) as say from sozler group by soz having say>20 order by say desc) a [/code]

fightclub_husen (2014-05-05 23:41:23)
Həqiqətəndə fikrimi izah edə bilmirəm :) Mənə say aliasında 20-dən böyük olanların hamısının cəmi lazımdı Sum(say) kimi bir şey :)

E. Hacı (2014-05-05 22:22:26)
[code] select soz,count(soz) as say from sozler group by soz having say>20 order by say desc [/code]

fightclub_husen (2014-05-05 20:39:31)
Belə bir nümunı verim.Tutaq ki, ingiliscə bir pdf kitabda olan bütün sözləri tək tək hansısa programlaşdırma dilində ayırıb bazaya yazdıq.Bu cədvəldə sadəcə 2 dənə sütün İD və Söz sütünu olsun.Tutaq ki group by ilə kitabda hansı sözün neçə dəfə keçdiyini göstərən bir sorğu yazmışıq.Mənə belə bir sorğu lazımdırki, kitabda 10 dəfədən çox keçən sözlərin ümumi sayını SUM ilə tapmaq(Burda cəmi deyəndə məsələn apple sözü 20 dəfə keçibsə bunu tək apple kimi götürüb cəmə bir əlavə etmək əvəzinə cəmə 20 əlavə etsin).Bunu eləmək üçün əvvəlcə group by sorğusu ilə bir view yaradıb sonra view-də SUM ilə istədiyim nəticəni ala bilirəm.Amma mənə lazımdır ki, view yaratmadan bunu edə bilim :)

E. Hacı (2014-05-05 18:32:47)
Sualı nümunə ilə versəydiz bir dəfəyə cavab alardız. :) Sualın cavabının tapılması 90% sualın dolğun verilməsindən asılıdır. Subquery adın mənasından göründüyü kimi alt sorğu deməkdir. Yəni məsələn select * from isciler where ad='Huseyn' - bu adi sorğudur və Hüseyn adlı işçilərin siyahısını çıxarır. select * from isciler where ad=(select ad from maaslar order by maas desc limit 1) - bu sorğuda isə alt sorğu var mötərizədə. Alt sorğu gördüyünüz kimi qiymət qaytarır və maaşı ən çox olan işçinin adını maaşlar table-dan verir və isciler table-i o işçinin bütün məlumatlarını dərc edir. Subquery də query kimi həm qiymət qaytara bilər, həm sütun, həm sətir, həm də bütöv cədvəl

fightclub_husen (2014-05-05 17:31:37)
Select,From və Where nə olduğun özümdə bilirəm :) Mən Select və From-un yanında yazılan subquery-lər haqqında soruşmuşdum.

susqun (2014-05-05 17:05:03)
salammmm men bu suali sizin ozunuzden sorusum siz cavablayin xaiw

Cabbarov Sübhan (2014-05-05 16:19:42)
söhbət sql-dən gedirsə, select ad, soyad from kitabca where ad='Cavablar' select ilə from arasında olanlar cədvəldən hansı stünların seçiləcəyini göstərir, from və where arasında yazılan isə cədvəlin adıdı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Excel vasitəsilə SQL bazaya qoşulub, sorğuya cavab almaq

İnternetdə baza

MySQL-Java

Socket.io adi Hostingdə işləyər ?

SQL ilə bağlı

Skript üzərində işləmək