SQL və HTML-i bilməklə iş tapmaq

Salam mən bilmək istəyirəmki SQL və HTML-i ikizini bilməklə nə iş tapa bilərəm.Bir dostum var deyir ki bir banka SV vermişdim 1000 manat başlanğıcla maaş təklif ediblər bilmək istəyirəmki bu real ola bilər

Verilmiş cavablar və yazılan şərhlər (17 cavab var)

Əli (2014-07-25 19:17:28)
belə bir işdə aylıq normalda nə qədər maaş almaq olar bilmirsiz??

Azerbaycan (2014-05-08 17:50:31)
Web studyalarda və başqa yerlərdə yerlər çoxdu əsas öyrənməkdir öyrənib sifarişlədə hazırlaya bilərsiniz tək

Məmmədov Toğrul (2014-05-08 15:39:39)
Salam mysql və php öyrəmsəm harda nə iş taparam

Azerbaycan (2014-05-08 13:06:39)
Mən elə bilirdim ancaq flashla hazırlamaq olur sayt üçün oyunları görünür yanılmışam məlumat üçün çox sağolun

E. Hacı (2014-05-08 10:47:18)
Siz ola bilsin ki sadəcə olaraq məlumatsızsınız müasir veb trenddən, html5, opengl və.s.-dən. HTML5-də istənilən cür oyunları artıq hazırlayırlar, Angry Birds kimi əla qrafikalı, animasiyalı oyunu misal çəkmək bəs edər, tərtəmiz html5 ilə yığılıb. Düzdür hələ ki html5 builderlər flash proqramı kimi hazır alətlərlə təchiz edilməyib, hələ ki bunun əziyyəti çoxdur. Amma bəhrəsi qat-qat yaxşıdır, belə ki brauzerlər html5-i native olaraq dəstəlləyir, brauzeri ağladan flash player-ə, embed koda gərək qalmır. Əvvəldə də dedim ki html5 flash-i əvəz edir etmir bu artıq müzakirə mövzusu deyil, veb dünyası flash-ı əvəz etməsini gözləmədən artıq flash-dan imtina edib html5-ə keçid edib. Mən özüm flash əleyhdarı deyiləm, uzun illər flash developer olmuşam, amma reallıq başqa şeyi deyir, flash artıq yoxdur, o dediyiniz kaşa oyun saytları isə köhnədir, 2005-ci illərin qoxusu gəlir və hələ bir neçə il də yaşayacaqlar , sonra onlar da itib gedəcək.

Azerbaycan (2014-05-07 22:33:36)
Canl olan məgər tək bannerdir?siz html5 və ya digər dillərlə canlı oyun düzəldib sayta qoya bilərsiz?məsələn drako.ru kimi flash o vaxt webdən itəcəkki bu oyunu html5 casitəsilə düzəltmək mümkün olsun bu da yəqinki heç vaxt mümkün olmayacaq

E. Hacı (2014-05-07 09:15:39)
Flash Web də artıq ölüb bunun geri dönüşü yoxdur. Əvəz edir etmir o başqa məsələdir, sadəcə onu bilmək yetər ki web dünya flashdan artıq tam imtina edib. Indi bir iki banner zad düzəldən var onlar da yavaş yavaş gedəcək. Indi html 5 banner builderlər var ki istənilən cür bannerlər yaratmağa imkan verir. Flashin webden tam itməsi prosesi isə hələ bir neçə ile sürəcək.

Azerbaycan (2014-05-06 23:57:22)
onlar var ancaq onlar flashin yerin vere bilmezler flash qeder inkisaf etmeyibler

E. Hacı (2014-05-06 17:48:49)
Flash-a gərək yoxdur indi. Yerinə html5, advanced javascript-jquery filan var.

Azerbaycan (2014-05-06 15:24:29)
Birinci html ile baslamalısınız sonra css sonra php mysql sonra istəsəniz javascript dilinvə flash proqramın

Məmmədov Toğrul (2014-05-06 13:24:37)
Hansından başlasam yaxşıdır

Ruslan Butdayev (2014-05-06 10:46:14)
bu sualin cavabinda google cox yaxshi dostunuzdur.. istediyini dilde orada suali yazsaniz size lazimi qeder informasiya verecek.! PHP-mysql mysql melumat bazasidir hansi ki inforamsiya oradan saxlanilir.php ise hemin informasiyani oradan oxuyubgetirib sizin ekrana yazan poctalyondu )).

Məmmədov Toğrul (2014-05-05 23:31:20)
php-mysql nəyə yarayir xaiş edirəm ətraflı məlumat verərdiniz

Azerbaycan (2014-05-05 23:12:53)
Bu gün bir elan var idi bunlar tələb olunurdu php,mysql html css maaşı başlanğıc üçün 350 azn

E. Hacı (2014-05-05 22:56:26)
php-mysql nədirsə asp.net-mssql ona yaxın anlayışdır veb üçün. Biri open source və çox populyardır, digəri isə çox az istifadə edilir(asp). İş tapmaq üçün hər hansı birini yaxşı öyrənmək lazımdır. Heç biri asan deyil, öyrənmək iradə tələb edir.

Məmmədov Toğrul (2014-05-05 22:34:50)
salam bilmək istərdimki asp.net və mssql nədir nə işə yarayır və bu gün hansı proqramlaşma dilinə təlabat var və normal maaşla iş tapmaq olar

E. Hacı (2014-05-05 22:07:40)
Salam. sql ilə html-in arasında heç bir əlaqə yoxdur. İndi konkret kimsə belə bir vakansiya elan edə bilər, hər şey ola bilər, bu işə götürənin öz işidir, amma əlaqə yoxdur. Söhbət əgər veb proqramlaşdırma üzrə bilikdən gedirsə html ilə yanaşı css, javascript üzrə normal bilik, mysql və php üzrə də yaxşı bilik tələb edilir bir nəfərdən(php-mysql əvəzinə asp.net və mssql də ola bilər). Front-end veb developer isə php, sql yox, css, html və javascript üçlüyünü yaxşı bilməlidir.