Kompüter üçün unikal kod

Salam. Hər komputerdə müxtəlif olan kod hansıdı? Telefonda bu IMEI kodudu. Bilmək istiyirəm yazılmış əməliyyat sistemindən aslı olmayaraq hər komputer üçün fərqli olan kod hansıdır. Yazdığım proqrama lisenziya kodun bu kod ilə şifrələmək istəyirəm. Prosessor`un seria nömrəsinə görə coder hazırlamışam, ama sonradan öyrəndim ki bəzi köhnə model PC`lərdə programın prosessorun seria nömrəsin aşkarlamağda problemi olur. Unikal olan başqa bir kod da Bluetooth device adress var ki, bu da PC`lərdə yoxdu. İP adress hakda isə az bilirəm. Bu məsələdə ən unikal kod nəyin kodudu? Cavablandıran hər kəsə təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Ruslan Butdayev (2014-05-06 10:49:27)
bele bir shey var. her defe install olunan windows ozu ile unikal bir kod yaradir. daha deqiq desek mashini nomreleyir. Windows oz lisenziyasini bunun esasinda yoxlayir bildiyim qederi ile. Birde cpuID e access var windows uzerinden deyesen. arashdirmaq olar bu meseleni.

Dilsuz (2014-05-05 19:11:35)
Salam. Kompyuterin fiziki adressi (Physical Address):

E. Hacı (2014-05-05 19:01:57)
Elə də rahat deyil, amma Azərbaycan reallığıdır da online ödəmələr filan inkişaf etməyib. Yaxşısı belə olar ki proqramın trial versiyası ekrana özü çıxarsın o kodu, çünki istifadəçilərin 90%-i o kodu nə qədər başa salsaz da tapa bilməyəcək. Tutalım sizinproqram.exe var, istifadəçi açan kimi sizin proqram asan birsətirlik kodla o unikal kodu ekrana çıxır ki bu kodu göndərin admin@proqram.com emailinə, sizə aktivasiya kodu göndərilsin, aktivasiya kodunu alan kimi aşağıdakı boş sahəyə daxil edib enteri basın və proqram işləyəcək. Bu nisbətən rahat yoldur.

Sanan (2014-05-05 18:43:29)
Mene web önəmli deyil onsuzda. Programi full versiyada işlətmək üçün istifadəçi lisenziya kodun mənnən pulnan alir, lisenziya kodu isə yuxarıda yazdığın kodlardan birinin şifrələnmiş halında olur, buna görədə lisenziya kodu hər komputer üçün müxtəlif olur, mənə də elə bu lazımdır.və bu code converter təkcə məndə olur. İstifadəçi bu unikal kodlardan birini mənim email`imə yollayir və webmoney hesabima pul köçürür, məndə lisenziya kodun email vasitəsiylə istifadəçiyə göndərirəm. Bu nə dərəcədə rahat sayılar? En optimal yol hansıdı bu vəziyyətdə?

E. Hacı (2014-05-05 18:24:02)
MAC Address. CPU Serial Number. HDD Serial Number Hər üçü unikaldır. 3-cü diskin unikal kodudur amma, kompüterin özünün yox. Brauzer üzərindən isə bunların heç birinə access yoxdur çox təəssüf ki. Ona görə də veb dünyasında kompüterlərin unikallığı təsbit edilə bilmir. Yalnı IP adress, session və cookies ilə nələrsə etmək olur, amma bu bildiyiniz kimi tam unikallıq yaratmır. Hər 3 parametrlər asanca dəyişir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Chrome düzəliş

Yeni Şəxsiyyət Vəsiqəsi Aldıqda Fin Kod Dəyişirmi?

Wi-fi kodun dəyişilməsi

Komputer hisseleri xaricden sifaris

Personal computer & WiFi

İmei kod yoxlamaq