Saytlarımı köçürərkən səhvlər.

Salam, Cavablar.Net Sakinləri! :) Mən belə bir problemlə qarşılaşmışam. Mənim VPS serverimdə olan 3 sayt Vordpress`dir və mən onları .az domenindən çıxardıb .net domeninə atmaq istədim - yəni adlar eynidir amma domenləri yox. Məsələn: domen-adı.az idisə indi domen-adı.net`dir. Mən domenləri aldım və hostingə qoşdum. az domenindən backup`ı götürüb yeni saytda yazmaq uzun çəkdiyinə və fayl arxivinin 4 GB`yə çatdıına görə hostingdə qeyd etdiyim net domenlərini sildim və bu günə kimi işləyən az domenlərini redaktə edərək net etdim (hər 3 domeni). 1-ci domendən başqa 2 domenə daxil ola bilmirəm. Düşünürəm ki, hal-hazırda 1-ci domenəə daxil olduğum zaman verilən səhvi qalan 2 domendə təkrarlasın. Səhv aşağıdakı şəkildə göstərilib. Qeyd edim ki, phpMyAdmin`dən hamısını redaktə edib net`ə çevirmişəm. Əvvəlcədən təşəşşür! - Şəkil Burada.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

E. Hacı (2014-05-06 14:04:16)
Belə tədqiq ilə düzəldə bilməyəcəksiz deyəsən. Ona görə də məncə təzədən qurun saytı. Sonra da data import edin.

Mirza (2014-05-06 13:53:39)
plagin qovluğunda fb`ni siləndən sonra theme 1-dənədir. Onu necə edim?

E. Hacı (2014-05-06 13:49:45)
Heç nə etmək olmursa o halda sadəcə plugin folderini silin bir bir. Sonrda da eyni qaydada theme folderini Təbii ki ehtiyatı saxlamaqla ki sonra bərpa edə biləsiz. Ümumiyyətlə ilə belə bir problem olmamalı idi, bəlli ki hardasa səhvə yol vermisiz.

Mirza (2014-05-06 13:43:15)
Şəkilin aşağısında heç bir qeyri-adilik yoxdur. Plaginləri söndürmək - ümumiyyətlə heç nəyi eləmək olmur. Amma məncə şəkildə olduğu kimi bu səhvlər var və orada FB`nin plagini gözə çarpır. [php] Notice: add_option was called with an argument that is deprecated since version 2.3 with no alternative available. in /home/firuza/public_html/wp-includes/functions.php on line 3553 Notice: Use of undefined constant fb_like_box_admin - assumed 'fb_like_box_admin' in /home/firuza/public_html/wp-content/plugins/fb-like-box/fb-like-box.php on line 25 Notice: 2.0 versionundan beri has_cap Г§aДџrД±ldД±ДџД± parametre ile geГ§erliliДџini yitirmiЕџ! Eklentilere ve temalara baДџlД± kullanД±cД± seviyeleri geГ§erliliДџini yitirdi. Bunun yerine rolleri ve yetenekleri kullanД±n. in /home/firuza/public_html/wp-includes/functions.php on line 3551 [/php]

E. Hacı (2014-05-06 13:37:46)
Şəkil tam deyil, source code-a baxın səhvləri görmək üçün. Pluginləri bir bir söndürüb yoxlayın hansı plugindədir səbəb. Əgər heç birində olmasa o halda theme-i standart bir theme-e keçirib yoxlayın ki düzəldimi, düzəldisə deməli theme functions.php-dədir səbəb.

Mirza (2014-05-06 13:19:20)
debug, true etdikdən sonra nə edim Elvin bəy? https://drive.google.com/file/d/0B_pnEI_wwHXbQ2hnYjFueVBDNGs/edit?usp=sharing - Şəkil

Azerbaycan (2014-05-06 13:05:45)
Mən istədiyim odurki öz saytlarımı özüm düzəldim heç kəsə müraciət etmədən ağlımda o qədər şey varki bu veblə bağlı yox niyə proqramlada yaxşı qazanmaq olar amma uzun vaxt alırda proqram düzəltməyidə bilən gedir ayı 1000 manata işləyir oturub 1 il proqram düzəltmir amma sayt heç olmasa az vaxt alır amma hər layihədə uğurlu olmurda məsələn mənim fikrimdə bir sayt var bura 20.000 manatdan çox pul lazımdır amma bilmirəmki uğurlu olacaq yoxsa yox

E. Hacı (2014-05-06 12:57:39)
O halda wp-config.php faylında debug,true edin ki, səhv nədir onu desin. Ola bilər pluginlərlə bağlıdır və ya theme functions.php ilə bağlıdır və.s. Miqrasiya zamanı olur belə şeylər və ən yaxşı yol da debug true etməkdir

Mirza (2014-05-06 12:50:40)
Elə Səhv budur. Boş Ekran - bütün səhifələrdə - yalnız əlavə səhifəsi olan plaginlərdən başqa belədir. Həm də, Saytlarda .az`a yönələn linklər var.

E. Hacı (2014-05-06 12:48:28)
Salam. Verdiyiniz şəkildə hər hansı səhv yoxdur axı. Boş ekran var adminkada

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hansı CMS daha uyğun

Azərbaycan dilində WordPress kitabı

Sayt ve adsense

domen elavə etmək

Sərfəli hosting

WordPress manual installation