WordPress template’nin kodunun lokal serverdə test edilməsi

Salam.mən lokal serverdə(WAMP'da) wordpressi qurdum və free template yükləyib wordpress'ə qurdum.amma template'də bəzi şeyləri dəyişmək və php kodlaşdırması üzərində işləmək istəyirəm.bunu wordpressin editorundan edərkən səhv etdikdə səhvi çətin tapmaq olur.onun üçün hər dəfə lokalda işləyib dəyişikliklərin təsirini görüb wp-content/themes daxilindəki temaya həmin əlavələri etmek istəyirəm.amma lokalda heç cür həmin template'lər browserlerdə açılmır.bunu necə edə bilərəm mümkünsə komək edin

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Nurlanx (2014-05-11 17:25:57)
Təşəkkürlər E.Hacı! problem həll oldu çox sağ olun :)

E. Hacı (2014-05-09 18:07:32)
Yo başa düşmüsəm də sualınızı. Əvvəlki cavabım qüvvəsindədir. Theme faylı ayrıca test etmək mümkün deyil. Birbaşa işlək ven saytda edit istəmirsizsə o halda gərək komputerinizde wamp və ya digər localhost qurasiz orada wp install edəsiz istədiyiniz editi də rahat rahat edib nəticəni localhost/herhansipapkaadi ünvanında test edəsiz. Təkrar edirəm themei ayrıca browserdə açmaq hecbir halda mümkün deyil.

Nurlanx (2014-05-09 18:01:07)
admin sualım yenə də tam aydın olmadı bu dediyinizi mən wordpress daxilində və ya brauzerdən wp-admin paneli açaraq edirəm ama mən temadakı dəyişiklikləri(məsələn form əlavə etmək istəyirəm temaya) admin paneldən deyil lokalda edib,lokalda brauzerdə yoxlayıb sonra təkrar wp teması olaraq yukləyib admin kimi paneldən girərək işimə davam etmək istəyirəm.qısaca belə deyim məsələn mən wp-ə yüklədiyim temaya form və ya başqa bir şey əlavə etmək istəyirəm bunu wp-nin editorundan başqa necə edə bilərəm və səhv varsa bunu necə tapa bilərəm?ümid edirəm bu dəfə sualımı tam aydın izah etməyi bacardım.yenə də kömək etməyə çalışdığınız üçün təşəkkürlər!

E. Hacı (2014-05-08 04:27:12)
Aydındır. Səhv ordadır ki siz wp qaydalar ına zidd edirsiniz hər şeyi. Theme vvpnin bir hissəsidir heç vaxt ayrıca işləyə bilməz. Brauzerdə yalnız və yalnız localhost/papkaadı bu tipdə yazmaq lazımdır. Hansı ki burada papkaadi papkasının içində wordpress install etmisiz. Theme isə bu papkada olan wp-content/themes içindədir. Məhz sizə lazım olan themei işlətmək üçün isə localhost/papkadi/wp-admin -ə girirsiz oradan appearance/themes bölməsindən cari theme-i aktiv edirsiz vəssalam artıq localhost/papkaadı yazanda brauzerdə məhz sizə lazım olan theme açılacaq

Nurlanx (2014-05-08 01:49:13)
Mənə yaxın dostum bu saytın admininin wordpress developer olduğunu və mənə kömək edə biləcəyini demişdi ona görə sizə müraciət etdim.sualı belə açıqlayım mən.wordpress template-ni wp/wp-content/themes papkasından index sehifesinin olduğu wamp/www papkasına kopyalayıb browserlə açmaq istəyirəm məsələn: http://localhost/twentyfourteen/index.php ancaq aşağıdakı aşıbkanı göstərir: ( ! ) Fatal error: Call to undefined function get_header() in C:\wamp\www\twentyfourteen\index.php on line 17 # Time Memory Function Location 1 0.0004 252264 {main}( ) ..\index.php:0 get_header funksiyasını komment edirəm və ya silirəm növbəti sətirlər üçün çıxardır.qısacası php funksiyalarını səhv göstərir.amma wordpress bu sadəcə wordpress template-lərində olur normal səhifə yaradıb yazdığım php kodları işləyir.yəni lokal serverlə bağlı bir problem yoxdur.

E. Hacı (2014-05-06 23:50:07)
Sualınız aydın deyil. Heç cür açılmır nə deməkdir ? Nə deyir açılmır hansı fayl açılmır və s

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Qeydiyyat səhifəsində Check Login buttonu

WordPress-də add comments hissəsini dəyişmək

File_get_contents() funksiyası saytın trafikin aparır?

PHP CBAR valyutaları əldə etmək

PHP error da kömək

Təcili kömək lazımdı