googleda saytı önə çıxartma

salam. googleda hansısa axtarış sözünə görə sayt 1-ci çıxır mən necə edə bilərəm ki mənim saytım 1-cı çıxsın? hər şey etmişəm sadəcə xeyri olmayıb yenə o sayt 1-ci çıxır

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-05-07 15:32:53)
Bu iki şeydən asılıdır. 90% asılıdır: Saytınız keyfiyyətli oldun, gerisi Google-luqdur, siz nəsə etməsəz belə. Keyfiyyətli yəni bol və unikal məzmunlu, heç yerdən nəsə kopya etməyən, əksər şəkillər, mətnlər videolar özünüzə məxsus olan, başqasından götürəndə də oraya hiperkeçid qoyaraq hüquqları qoruyan bir veb sayt. 10% asılıdır: SEO deyilən bir qaydalar çoxluğundan. Bu ayrı bir peşədir az qala, bir cavabla izah etmək olmaz. Qısa məzmunu budur ki, saytı texniki baxımdan (menyuların quruluşu və yeri, meta teqlərin istifadəsi, html teqlərdən düzgün qaydada və sayda istifadə, saytın daxili linklərinin quruluşu və.s.) elə bir standarta salmaq olur ki, Google o saytı maksimum bəyənir və üstə çıxarır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

google chrome google-yə girmir

google indexdən url silmək

opera və google chromede ana seyfe hi.ru çıxır 

Google 1+ düyməsi

AdMob nə zaman işə düşür?

Google Adsense Yeni