Tam diferensial tənlik

Bu diferensial tənliyi necə həll etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

E. Hacı (2014-05-14 10:38:31)
wolframalfa.com bu tip tənliklərin qənimi :) http://www.wolframalpha.com/input/?i=d%2Fdx+x%5E2+y%5E4%2C+d%2Fdy+x%5E2+y%5E4&lk=3

Mehman Elxanoglu (2014-05-14 01:08:30)
Maraqlısı odur ki, tapdığım cavabı tənlikdə yerinə qoyduqda sağ və sol tərəf bərabər alınır, yəni eyniliklə bərabər olur. Ancaq y=x*tg(-x+c) və y=x*ctg(x-c) arasında olan əlaqəni tapmağa çətinlik çəkirəm, gecdir, beynim də təmiz yorulub ;)

Mehman Elxanoglu (2014-05-14 00:44:23)
Nədənsə, məndə kotangenslə cavab alındı.

Natiq-94 (2014-05-14 00:00:06)
Bu düzgün üsuldu, davamını özüm yazaram zəhmət çəkmiyin. Prosta mən elə bilirdim inteqrallayıcı vuruq tapmaq lazımdı. Məgər bərabər imiş törəmələr

Mehman Elxanoglu (2014-05-13 23:56:15)
Türk üsulu gedişat aparmışam, ancaq orada bir yerdə səhv var, elə indicə gördüm. Dədə-baba üsulu edib, yerləşdirirəm, səbrli ol.

Natiq-94 (2014-05-13 23:48:49)
Mehman Elxanoğlu, cavab düz alınmıyıb, amma gedişat mənim gözlədiyim kimidir :)

Mehman Elxanoglu (2014-05-13 23:07:44)
Mənim cavabım səhvdir?! :) Harada səhv etmişəm? ;)

Natiq-94 (2014-05-13 23:05:21)
Mehman Elxanoğlu siz də çox sağolun

Azerbaycan (2014-05-13 23:03:44)
Xeyr mənim anlayışəm yoxdur tanışlarım eləyib o misalı riyaziyyatçıdırlar

Mehman Elxanoglu (2014-05-13 22:59:33)
Ümid edirəm ki, dəyişənə görə inteqral almaq kimi sadə şeylərdən anlayışınız var.

Natiq-94 (2014-05-13 22:20:28)
Cavab düzdü, çox sağol. Bu tam diferensial tənlik deyilmiş?

Azerbaycan (2014-05-13 22:06:13)
1)(xdy)/(x*x+y*y)-(ydx)/(x*x+y*y)=-dx 2)(x*x)/(x*x+y*y)d(y/x)=-dx 3)(d(y/x))/(1+(y/x)*(y/x))=-dx 4)arctg(y/x)=-x+c 5)y=x*tg(-x+c) Görün əgər başa düşməsəz birtəhər kompla yazım kompda bir az problem var ona görə tellə yazıram