Interpret olan dillər ilə compile olan dillər arasında nə fərq var?

Salam mənə maraqlıdır Interpret olan dillər ilə compile olan dillər arasında nə fərq var? İnterpret tam olaraq nə deməkdir və compile tam olaraq nə deməkdir?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2014-05-20 13:11:52)
Salam. Hər ikisi eyni işi görür - yüksək səviyyəli dildə olan kodu (c++, java, php və.s.) maşın dilinə çevirib əmrləri icra etmək. Əsas fərq odur ki, compiler bütün kodu maşın dilinə çevirir və sonra maşın bunu icra edir. interpret dillər isə preproses xassəlidir, yəni öncə aralıq dilə çevrilmə baş verir, daha sonra aralıq dildən hər bir əmr ayrıca maşın dilinə çevrilərək icra edilir. icra zamanı xəta harda baş versə proqramın icrası orda dayanır. çünki hər bir əmr ayrıca çevrilir və icra edilir. compilerdə isə hamsı birdən çevrilir sonra icra olur, ona görə də compiler ilə çevrilmə zamanı səhv varsa kodda, onda kod ümumiyyətlə işləmir, day müəyyən qədər işləyib səhv olan yerdə qırılmır interpret kimi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Programlaşdırmada bootstarp və cross-cutting terminlərinin tərcüməsi nədir?

programlaşdırmanı kurslarda öyrənmək yoxsa özbaşına öyrənmək?

Program yazib nece sata bilerem?

Proqramlaşdırma öyrədən lazımdır