Ubuntu Studio 14.04 və Ubuntu

salam . Ubuntu Studio ilə ai ubuntu arasında fərq nədir? sadəcə multumedia ya ?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ruslan Butdayev (2014-05-16 19:34:27)
Hec bir konf. Yoxdur. Adi qaydada adi device di)).. yoxlayaram bunu da gorum ne efekt verecem.. wifi isleyir her sey oz qaydasindadi sadece olaraq suret yox seviyyesindedir. Internetde bununla bagli problem cox idi..13 versiyadan baslayib esas.. sadece olaraq esasli hell varianti yox idi..

E. Hacı (2014-05-16 18:41:06)
Maraqlıdır. Direct wifi-dır ya nəsə mürəkkəb konfiqurasiyalı proxy zad? Heç bir driverə gərək olmamalıdır, wifi ən asan işləyən şeydir, sadəcə default OS install-ı ilə hər şey OK olmalıdır. Ümumiyyətlə wifi-ya aid sonradan problem çıxanda isə aşağıdakı ardıcıllığı icra edib reboot etmək lazım: Terminalda - [code] sudo apt-get remove bcmwl-kernel-source sudo apt-get install firmware-b43-installer b43-fwcutter cat /etc/modprobe.d/* | egrep 'bcm' cd /etc/modprobe.d/ sudo gedit blacklist.conf [/code] Açılan editorda blacklist bcm43xx sətrinin önünə # qoyub save etmək. reboot etmək.

Ruslan Butdayev (2014-05-16 18:35:21)
Elvin bu gun ubuntuya kecdim.. sadece axmaq bir problemle uzlesmisem.. wifi uzerinden internetin sureti 40kb/s yuxari cixmir.. ne qeder netde qurdaladim gosterilen heller hec biri komek elemedi..(( device broadcom 4313 du.. belke bu sahede nese tecruben olub?)) Kerneli 3.15 e yeniledim yene ferq etmedi.. ne bilim broadcom tls driveri yukledim yene de xeyri olmadi..

E. Hacı (2014-05-16 15:37:02)
Məlum olduğu kimi Ubuntu Linux distrosu olan əməliyyat sistemidir, hansı ki 100lərlə kiçik qollara ayrılır. Kubuntu, Lubuntu, Xubuntu, GoUbuntu, Ubuntu Studio və.s. 100-lərlə başqa kütləvi və ya fərdi şirkətdaxili qollar. Ubuntu Studio da sırf multimedia işlədənlər üçün hazır alətlərlər, proqramlarla təchiz olunmuş bir qoldur. Windows-a və daxilindəki səs-video proqramlarına minlərlə dollar vermək istəməyən insanlar pulsuz şəkildə istifadə edə bilərlər. Qeyd edim ki, səs video həllərini Ubuntu-nun özündə də quraşdırmaq olar, çoxlu pulsuz proqramlar var. Şəxsən mən sırf fərdi işlərim üçün səs-video redaktə işlərindən daim istifadə edirəm və bunun üçün kifayət qədər proqram tapmaq mümkün olub.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu 11.10-da neçə proqramı autostart-a əlavə eliyim?

Ubuntu (apache 2) Ağ Səhifə

Ubuntu giriş şifrəsi qoymaq

Kompyuterdə diskləri formatlamaq

Ubuntu 12.04 Alsa-Mixer

Ubuntuda microsoft office word