LiderForex inandırıcı yoxsa?

Salam.Lider FOREXLE maraqlanaraq qeydiyyat olundum,hesab açdım.Bir müddət keçdi mənə zəng gəldi. Normal insan gedər müraciət eder xeyli tər tökər ki,beş manat pul qazanacaq .Şirkətdən mənə zəng gəldi.Və mənə müəllim deyərək müraciət etdilər.Haradasa 30 dəq.bunlar az qala yalvarsınlarki gəlin sizə kömək edək öyrədək çoxlu pullar qazanacaqsiniz və.sMən sağolun anladim deyib soyuq cümlələr işlətsəmd. operator xanim loru dillə desək başımı bişirməyə çalışırdı.Və sonda gözlüyürük sizi.yenə zəng edəceyik dedi.Mənim bir dostumda onlar haqda mənə demişdi trendi onlar özləri idarə edir yəni sən bir az qazanırsan şirniklənirsən,və birdə ayilirsanki olan qalan pulunda yoxdu.Dostumun dedikləri üstəgəl həəddən artiq dərəcədə şişirdilmiş səmimi münasibət .Həmçinin televizorda onlar haqda heç bir reklama rast gəlməməyim üstə gəl onların rəsmi bir məkanda bir şirkət kimi deyil,bir oteldə fəaliyyət göstərmələri bunun sadəcə pul tələsi olduğu düşüncəsinə gətirib.çıxarır.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2014-05-21 15:26:12)
Fırıldaq deməzdim. Amma siz deyən tip danışıqların, dəvət etmələrin bir məqsədi var: Sizdən pul almaq. Yəni siz potensial müştərisiz, onlarsa xidmət satan şirkət. Satan şirkət də təbii ki müştərini cəlb etmək üçün qanuni yollarla şirnikləndirmək, cəlbedici görkətmək, mədəni danışmaq ixtiyarına malikdir. Dostunuz deyən kimi deyil tam olaraq. Deməli onlarda mexanizm belədir. Siz gedirsiz orda kurs keçirsiz və pul verirsiz, bu oldu onların gəliri. Sonra başlayırsız real forexə. İlk öncə demo-ya başlayırsız, demo-da pul qazanmaq asandır, çünki orda pul itkisi qorxusu yoxdur deyə riskə rahat gedirsiz və qazanırsız. Şirniklənib pul yatırırsız və real forexə keçirsiz, bu halda da böyük ehtimalla bütün pulunuz əldən çıxır, çünki qorxu, iştah və.s. amillər sizə normal qərar verməyə mane olur, amma onlara qalmır o pul, o pul artıq gedir xaricdə kimlərinsə cibinə, kimlər ki daha düzgün qərar qəbul edib alqı satqı zamanı. Bir də bu şirkətlərin sizin forex əməliyyatlarınızdan da kiçik gəliri ola bilər. Komissiya deyirlər ona. Tutalım siz hər 100$ yatırım edəndə bunlara 1$ filan qala bilər. O artıq şirkətin brokerlərlə işbirliyindən asılıdır. bir sözlə havayı pendir yalnız siçan tələsində olur. asan qazanc olmur. foreksdə pul qazanmaq mümkündür, amma bunun üçün ciddi təcrübə, ciddi psixoloji hazırlıq və bilik lazımdır. Onu isə hər hansı kurs öyrədə bilməz. Elə özləri bilsəydi kurs zad açmazdılar gedib rahat qazanardılar forexdə

Azerbaycan (2014-05-21 15:19:49)
Sizə məsləhətim belə şeylərdən uzaq olun hamısı pul tələsidi

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytin vaxti bitende ne etmeli ?

Paypal balansın xərclənməsi

domen almaq üçün sayt

iPhone Whatsapp problem

Telefondan modem kimi istifadə

Facebook statuslarım şəxsi saytımda görünsün