çat.com problem

Salam. çat.com domeni aktivdir. bu domeni qeydiyyat. biz de yoxladıqda deyirki təbriklər domen azaddır, domen. az saytında yoxladıqda düzgün şriftlərdən istifadə etmədiyimi söyləyir. burda problem nədədir?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-05-24 17:24:23)
Səbəb çox sadədir. Keçən ildən etibarən ICANN şirkəti qeyri ingilis hərfləri ilə olan domenlərə icazə verdi, kirilcə , bizim hərflərlə domen artıq mümkündür. Amma bu .az domeninə aid deyil, çünki az domeni Azərbaycanda NT şirkətinə aiddir. com, net isə qlobal domenlərdir. Yəni ki bu hərflərlə domen istəyirsizsə name.com godaddy.com filanda axtarın, .az domen satan saytlarda yox

Baxisli Ilham (2014-05-24 16:54:10)
Anlamadım çat.com, çat.net faktdı ki aktivdi. ç, ö, ş, ə, ğ işletmek olmaz dedikde neye nezerde tutursuz qadağandır? Eslinde mene maraqlı deyilki orda ç, ö, ş, ə, ğ şriftlerinden istifade olunub. mene maraqlıdır ki , niye bezi saytlar bu saytın azad , bezileri de düzgün olmadığını deyir.

Cabbarov Sübhan (2014-05-24 00:21:51)
Domain adı yalnız ingilis əlifbasının həriflərinə əsasən almaq lazımdır. ç, ö, ş, ə, ğ kimi hərfiləri domain-də işlətmək olmaz. .com sonluğu ilə belə domeni alsanız belə istifadəçi sayta girdikdə tamam başqa domainə girmiş olur.