Imei kod görə telefon bağlanacaq.

Salam dostlar! Mən bu telefonu algım: http://ru.aliexpress.com/item/Original-4-3-Star-F9006-Smart-phone-Android-4-2-2-OS-MTK6582-Quad-Core-1/1793746276.html Imei kodları imei.az saytında yoxlayanda yazdı ki, Daxil etdiyiniz IMEI nömrə Beynəlxalq GSM Assosiasiyası tərəfindən təyin olunmuş qaydalara uyğundur. Mövcud qaydaya əsasən təyin olunmuş müddət ərzində qeydiyyatdan keçirilməlidir. Qeydiyyatdan keçirtdik, mesaj gəldi ki, qeydiyyata alinmayıb. 1677 -yə zəng etdim, dedilər ki, imei kod star f9006 modelinə uyğun gəlmir. Onu da deyim ki, star sözü telefonun heç bir yerində yazılmayıb. Telefonun adı yoxdur. Kim nə bilirsə, xahiş edirəm mənə kömək etsin. Mən nə edim? Verilən məsləhətlərə görə əvvəlcədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

mex (2014-05-25 00:21:29)
OK

E. Hacı (2014-05-24 15:24:37)
Bu riskə getməyin, sonra hansısa cinayətdə zadda şübhəli kimi cəlb edərlər :) yəni imeii qanunsuz dəyişdirme cəhdi başa bəla olar sonra. Əslində kökündən dəyişmək olmur, amma bəzi proqramlar display olan imeii dəyişir saxta formada.

mex (2014-05-24 14:36:55)
Başqa harada qeydiyyata sala bilərəm? Eşitdiyimə görə kimlərsə bunu edir. Və yaxud, özum imei kodu dəyişib qeydiyyata sala bilərəmmi? Deyirlər belə bir proqram var. Cavablarınıza görə minnətdaram!

E. Hacı (2014-05-24 11:01:06)
Mən bilmirəm düzü, amma Cavablar.net-də saytda axtarış edin aldığınız saytın adını yazaraq, belə suallar olub əvvəllər. Yoxdursa da ayrıca sual kimi yazın

mex (2014-05-23 23:53:34)
Şikayəti hansı qaydada etmək lazımdır? Başa sala bilərsinizmi?

E. Hacı (2014-05-23 23:38:43)
Qaydaları oxuyun

Табриз (2014-05-23 23:01:26)
menim werhimi niye silirsiz ?!

E. Hacı (2014-05-23 16:09:18)
Saxta imei-dir bəlli ki. Satandan şikayət edib pulu geri alın əgər mümkün olarsa.

Toğrul (2014-05-23 14:46:34)
Bildiyimə görə bəzi çin istehsalı olan ( taninmayam) telefonları qeydiyyata salmaq olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ölkəyə elektronika məhsullarını biznes məqsədi ilə gətirmək üçün qanun

IMEI nömrə haqda çıxan mesajın mənası

Telefon təsdiqlənməsi baş ofislərdə olmalıdır ?

Ünvanda qeydiyyat

Imei trajedisi

Xiaomi Telefon qeydiyyatı