komputerdə bəzi saytları koda qoymaq

Salam mən komputerdə bəzi saytları koda qoymaq istəyirəm yəni komputer həmin saytlara girişi qadağan eləsin bunu necə edə bilərəm

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Dilsuz (2014-05-23 16:26:18)
Salam. Bu əməliyyatı host faylın köməyi ilə həyata keçirmək mümkündür. Host fayl bu ünvanda yerləşir: C:\Windows\System32\drivers\etc Faylı Notepad vasitəsi ilə açırıq və mausun kursorunu localhost sözünün sonuna qoyaraq Enter düyməsini basırıq, yeni sətirə keçirik. Yeni sətirdə 127.0.0.1 yazırıq və Tab düyməsini basırıq daha sonra lazımı saytın addressini yazırıq (http-siz): Sonda yuxarı sol küncdə FileSave. Əməliyyatın işə düşməsi üçün browser'i yenidən başladın alınmasa sistemi yenidən başladın.