Dəyəri 10$-dan az olan poçt bağlamaları üçün gömrük rüsumu 1,5azn?

Salam,eslinde bu suala bir defe cavab verilib,amma menimcun maraqli olan bir nece nyuans var.Men ebaydan bir nece(15ed) mal sifaris etmisem sexsi istifade ucun her biri ayri saticilardan. Deyeri 15-20$.Xahis edirem cavab verin indi men bu baglamalarin her birine 1,5azn odemeliyem? mallarin bezilerinin qiymeti 1,5 manatdan azdir. PS:Bes bu qerar nece olsun? " Respublikanın gömrük ərazisinə gətirilən mallara gömrük vergi və rüsumları Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında» 12 aprel 2001-ci il tarixli 80 nömrəli qərarına dəyişiklik edilməsi barədə» 22.12.2003-cü il tarixli 161 nömrəli və «Azərbaycan Respublikası ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında» 31.01.2005-ci il tarixli 11 nömrəli qərarları ilə tətbiq edilir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 2001-ci il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları»nın 2.1.2. yarımbəndinə əsasən fiziki şəxslər beynəlxalq poçt göndərişləri vasitəsi ilə ümumi dəyəri 200 ABŞ dollarına ekvivalent və ya çəkisi 20 kiloqramdan artıq olmayan malları aldıqda (göndərdikdə) qanunvericiliklə müəyyən edilmiş gömrük ödənişlərini ödəmədən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirə bilərlər."

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Rafiq (2014-05-27 16:44:53)
1000 manata qeder limit var bir ay erzinde bir vetendas 1000 manatdan cox getirse gomruk rusumu tutulur,1000 manatdan az olsa hec bir mebleg tutulmur ..sadece poct xidmet haqqi tutulur 1,2 manat.

E. Hacı (2014-05-27 12:20:25)
Çox ucuz şey olanda saxlamırlar adətən

Baxisli Ilham (2014-05-27 02:08:23)
15-20 eded mal getirdikde satış meqsedi ile qebul edilmirdi? gömrükde niye saxlamıyıblar?

Sweet_Lady (2014-05-26 23:27:51)
Yarım kiloya 2manat ödəyəcəksiz. ondan az isə 1.40. muxtelif saticilardan sifariw etdiyinize gore gelen her baglamaya 1.40 azn odeyeceksiz.

E. Hacı (2014-05-26 20:36:40)
Gömrük rüsumu ilə poçt çatdırma haqqını qarışdırirsiz. Siz gömrük rüsumu ödəmirsiz, yerli poçt şirkətinə zəhmət haqqı ödəyirsiz. Gömrük rüsumu başqa şeydir. Bağlama pulunun isə Malin qiymətinə aidiyyatı yoxdur, ölçüsünə və çəkisine görə çıxır. Pulsuz da alsaz bəli hər bir bağlamaya görə 1.40dan başlayaraq poçt rüsumu ödəmək lajzmsir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebayın hindistana aid səhifəsindən telefon almaq

Ebaydan poçta gələn mal

Xaricdən sifariş verdiyim mal gömrükdə saxlanılarsa necə öyrənəbilərəm.

ebay malın gecikmə yeri

western union haqqında

Nexus 5 from US