Kimin komputerdən anlayışı var?

Personal komputeri bir müddət işlədərkən öz-özünə sönür və yenidən açılır. Və ekranda ingiliscə mesaj göstərir: "Power supply surges detected during the previous power on, Asus Anti-Surge was triggered to protect system from unstable power supply unit. - Tərcüməsi: Elektrik enerjisi ilə təchizetmə dalğaları əvvəlki cərəyan açıq olarkən aşkar etdi. Asus Anti-Dalğa sistemi sabit olmayan elektrik təchiz etmə blokundan qorumaq üçün hərəkətə keçirildi." Bu problem komputerdə dəfələrlə təkrar olunur amma çözə bilmirəm. Sizdən xahiş edirəm, kim bilirsə mənə kömək eləsin.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

AzadKainat (2014-05-30 18:02:13)
Bugün usta yanına getdim. dedi ki blok pitaniya dəyişilməlidi. S-TEK 800w qoşmaq lazımdı. Sizcə dəyişməyə ehtiyac var? Üstəlik video karta 4gb 512bit. S-TEK 800w bu video kartaya çatdırar?

Dilsuz (2014-05-30 12:33:34)
Blokun özündə problem ola bilər və ya tozlana bilər.

AzadKainat (2014-05-30 01:03:40)
Komputer birbaşa requlyatora qoşuludu. Amma maraqlidi enerji blokunda niye gerginlik artir

Dilsuz (2014-05-29 18:43:55)
Wow!Bu qədər kifayyət eləyir, ən yaxşısı Anti Surge funksiyasını deaktiv edin və gərginliyə nəzarət üçün tənzimləyici alın.

AzadKainat (2014-05-29 18:21:37)
900 watt

Dilsuz (2014-05-29 11:12:16)
Sizin qida blokunuz neçə W'dır?

AzadKainat (2014-05-28 20:40:58)
Salam. Cavabınız üçün sağ olun Komputerin sistemi Asus Maximus Vİ Extreme İntel Core i7-4770k Nvidia GeForce GTX690 16 gb RAM Bu sistemi uyğun hansı qida bloku yarıyar? Hansı məsləhətli və keyfiyyətlidir?

AzadKainat (2014-05-28 19:55:59)
Təşəkkür edirəm cavab verdiyiniz üçün. Qorxuram ki, Anti-surge deaktiv etsəm qida blokunda cərəyan artar komputeri yandırar.

Dilsuz (2014-05-28 14:42:44)
SALAM. 1.BIOS'un ayarlarını sıfırlayın 2.Power'də Anti Surge funksiyasını deaktiv edin.3.Qida blokunu daha güclüsü ilə əvəzləmək variantları var.

Twilight.bella (2014-05-28 14:26:44)
http://www.wikihow.com/Get-to-the-BIOS-Screen BIOS un acilma qaydasi,yene de bir az gozleyin belke daha yaxsi bir hell yazan oldu

Twilight.bella (2014-05-28 14:19:37)
"anti-surge" ni BIOS- dan disable edin. internetde arasdirma apardim eyni problemi olanlar bu yolla hell edibler

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Universitetlərdə proqramlaşdırma

tv Azərbaycan kanallarını yığmaq

dle şablon

Saytların qurulması üzrə şirkət

ADSL

Windows 10 PC yeniləməsi