Linux niyə virus tanımır?

Salam. Deyilənə görə, Linux ƏS-nə virus düşmür, virus hərrəmir. Necə ki, düşmür? Yəni, virus ƏS-ə təsir edə bilmir yoxsa ümumiyyətlə linuxda virus anlayışı yoxdur? Ola bilərmi ki, ubuntudan fləş ilə vvindovsa fayl atım və vvindovsa virus düşsün və ya unbuntuda ftp ilə işləyərkən servere virus düşsün?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

357 (2016-02-08 14:58:18)
salamlar 1.Linux Ramen 2.Linux Adore misal gostermek olar

M4I-IiR (2014-05-28 13:32:39)
Təşşəkkürlər dolğun cavablara görə.

E. Hacı (2014-05-28 11:06:52)
Yuxarıdakı dolğun cavaba əlavə olaraq bir iki izah da verim ki: Viruslar Windows EXEcutable fayl formatında olur deyə Linux-da işləmir, çünki EXE Linux-da ümumiyyətlə işləmir. Linux-da virus nəzəri baxımdan mümkündür kimsə yaratsın(hansı ki demək olar yaradan yoxdur), amma yayılması və sistemlərin ona yoluxması ehtimalı çox aşağıdır, çünki Linux sistem strukturu, administrativ icazə filan elə qurulub ki user-dən xəbərsiz ora nəyinsə soxulması çox çətin məsələdir. Düzdür son Windows-larda da belə permission icazə filan çıxır ekrana, amma göründüyü kimi Windows-da dəlmə deşik çoxdur deyə bu da bəs etmir. Amma Linux-larda sistem çox aydın struktura malikdir deyə təhlükəsizlik də asan nəzarətolunandır. Ubuntu-da ftp ilə cpanel ilə və ya digər proqramlar ilə tam rahat işləyə bilərsiz, flashkadan ora nəsə düşməsi hələ ordan da ftp-yə yullanması olası şey deyil

ahmed (2014-05-28 10:58:04)
Virus adi proqramdır, C-də, assemblerdə, paskalda istənilən dildə yazılan bir proqram. Hansı ki icra olunanda öz kodun yerləşdirir başqa bir proqramın kod hissəsinə. Nəticədə həmin proqram "virusa yoluxur" və icra olunanda virus kodu icra olunur. Linux -da istənilən tipli virus tərtib eləmək olar eyni ilə Windowsda olduğu kimi sadəcə olaraq Linux istifadəçilər arasında elə də geniş yayılmadığına görə virus tərtib eliyənləri elə də maraqlandırmır. Həm də Linux istifadəçiləri adətən peşəkar mütəxəssislərdən tutmuş, hakerlərə kimi davam etdiyinə görə Linuxa virus yazmaq elə də maraqlı deyil, amma var. Qaldı ki, Windows üçün yazılmış virusun Linuxda işləməsinə bu mümkün deyil, necə ki, Windows üçün yazılmış heç bir proqram Linuxda işləyə bilməz. Proqramların obyekt fallarının tiplərinin fərqli olduğuna , sistem arxitekturası v.s. fəqli olduğuna görə bir sistem üçün yazılmış proqram digər sistem tərəfindən icra oluna bilməz. Yəni Linux - u alt-üst edən virus Windows-a heç nə eləməz və tərsinə. Digər tərəfdən Linux Unix tipli sistem olduğuna görə və hər bir proqramın müraciət etdiyi resurslar yalnız müvafiq icazə olduqda yerinə yetirilidiyinə görə sistemə virus yoluxması belə elə də ciddi fasəd törətmir, yalnız həmin virus root icazəsi olduqda təhlükəlidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Linux’a keçmək istəyirəm məsləhət verin

virus düşməsi

Yaddaş kartı problemi

autorun.inf

Ubuntu 12.04 internet problemi

Ubuntu 14.04 və problemlər