MySQL əlverişlidir yoxsa PDO ?

Salam bəylər. Siz kodlama zamanı pdodan istifadə edirsiz ya standart mysql kodlarından ? Təhlükəsizlik baxımından çoxmu fərqlənirlə ? Və hansını məsləhət görürsüz ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2014-05-28 13:15:29)
php.net və ya w3schools. Ikinci əla resursdur ümumiyyətlə. http://www.w3schools.com/php/php_ref_mysqli.asp

Həsən (2014-05-28 12:57:50)
prepare haqda ətraflı hardan məlumat ala bilərəm ?

E. Hacı (2014-05-28 12:49:14)
mysqli-də prepare var, onun hesabına injection problemi olmur.

Həsən (2014-05-28 12:47:28)
Elvin bəy biraz araşdırdım. MySQLli daha asan və sadə olduğu halda PDO-ya sadə deyirlər :) Halbuki kodları daha uzun və sıxıcıdı. ama belə bir üstünlüyü varki SQL İnjection sorğusu qəbul etmir.

E. Hacı (2014-05-28 12:41:47)
mysqli istifadə edilir hazırda əsas. Son versiya php-də isə ümumiyyətlə mysql daha dəstəklənmir, mysqli dəstəklənir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

xml-dan xüsusi hissələri necə parse edim?

Php kursları

MVC vs Framework

Php + MySQL çətinliyim var komək edin.

PHP developerlerdən yardım istıyirəm.

Treeview