Ekspert balı necə qazanmaq olar?

Salam hərkəsə,bu sualın cavabını xahiş edirəm deyəsiniz... Ekspert balı necə qazanılır? (Burda heç bir şey yoxdur,sadəcə məlumatlandırıqmaq istəyirəm)

Verilmiş cavablar və yazılan şərhlər (26 cavab var)

Alparslan Məmmədli (2015-03-10 14:24:46)
Çalışın,dəstək olun.Lakin bildiyinizə,hər gələnə yox.

Eva (2015-03-01 22:48:22)
mende bal qazanmaq isteyirem

Alparslan Məmmədli (2014-06-06 09:14:17)
+4 və ya +3 olanda 1 ekspert balı gəlsin...Həm də bal verən ekspertçilər olsun...Sizin saytda belə zvanyada işləmək istəyən yəqin ki ,az adam olmaz...

E. Hacı (2014-06-05 15:27:31)
Asandır o. Amma bu halda da iki nəfər çatlaşırsa hərəsi 20 mesaj yazırsa və pluslayırlarla bir birini, bu halda hərəsi 20 bal almış olur. yəni yeganə optimal yol odur ki, 0-dan fərqli səs güvənilir adam tərəfdən olsun.

Alparslan (2014-06-05 14:43:45)
E.Hacı bəy,təkcə bu yox,bilirəm ,kodlamasıda çətindir amma bacara bilirsizsə,belə edin: Əgər bir cavaba +3 və ya +4 gələrsə və bunlar fərqli idlər olarsa,həmin adam 1 ekspert xalı qazansın...Amma bunun kodlaması o qədər də mümkünə oxşamır :D

Azerbaycan (2014-06-05 00:24:17)
Ok

E. Hacı (2014-06-05 00:05:54)
Öncə bir nəfər idi sonra bir neçə nəfər, prinsipcə heç nə dəyişmədi formaca, sadəcə operativlik artdı. Odur ki sizin təklifiniz elə indiki halın təkrarıdır

Azerbaycan (2014-06-04 17:32:01)
Əşi elə olsaydə mən birinci niyə yazırdım pisdir səsvermə yuxarıda yazmısızki bir neçə mən yazmışam bir nəfər

E. Hacı (2014-06-04 14:28:27)
Elə indi o cürdür də

Azerbaycan (2014-06-04 13:17:28)
Ən yaxşısı alparslanın dediyi kimidir bir nəfər seçin yalnız o ekspert balın artıra bilsin cavablara baxsın kimin cavabı xeyirli oldusa ona 1 ekspert balı versin ən yaxşı belə olar məncə

E. Hacı (2014-06-04 11:53:40)
Qarşısı alına bilməz axı onun, problem də bu. Bir user özünə səs verə bilmir indi də, bu heç, amma bir neçə akkount açıb səs verənlər olur niyə edirlər naməlum, amma çoxdur elə edən. Bir də ən pisi odur ki, chat-laşma tipində dialoq olur məsələn, bir sual altında, hərəyə 10 cavab yazır iki nəfər. Və bir birlərinə 10 plus verirlər. Təsəvvür edin bu hesaba alınsa 10 bal deməkdir heç nədən, heç bir dəyəri olmayan 10 chat-a görə. Əmsal məsələsini isə düşünmək lazımdır düzdür.

ahmed (2014-06-04 11:43:55)
Düzdür, balların tam ədalətli hesabını aparmaq çətindir, amma məncə hazırki qayda da nöqsanlar var, çünki yalnız ekspertlərin balının hesaba alınması düzgün deyil. Əgər istifadəçilərin özlərinin özlərinə + verməyinin qarşısı alınsa mən təklif eliyirəm hamının balı hesaba alınsın, sadəcə təbii olaraq expertlərin balı 1-dən böyük əmsal ilə hesablansın. Hətta ekspertlərin özlərinin ballarından asılı olaraq hər-biri üçün fərqli əmsal da müəyyən etmək olar.

Azerbaycan (2014-06-04 10:11:36)
Elə olmaz axı ola bilər o yararlı istifadəçi bütün suallara cavab yazsın ancaq elə sual olsunki o gəlib orda ilişsin və yarımçıq cavab yazır amma ən yuxarıda onun cavabı olur belə olmaz axı

Azerbaycan (2014-06-04 10:05:38)
Hə məncədə belə yaxşı olar

Alparslan (2014-06-04 09:28:02)
Nicco,onda bizim hevesimiz iter axi...Biz de yuxarilarda gorunmek istiyerik :D

Nicco (2014-06-04 01:36:17)
məncə xal məsələsi stackoverwlow kimi olsun.Kim ən yararlı istifadəçidi Onun cavabı daha yuxarıda görünsün.

Məmmədov Toğrul (2014-06-04 00:48:08)
Alparslan dediyi kimi olsa ela olar Azərbaycanın deyiylədə tam razıyam

Alparslan (2014-06-03 22:09:45)
Nə təklif etmək olar ? :D Məsələn,saytda müəyyən bal verənlər seçilsin... (Bal verənlər müxtəlif düzgün və məntiqli cavablara 1 ekspert balı versin) və ya cavabda +2 (və ya +3) olarsa bir ekspert balı olsun... Belə demək asandı ...Bunu kodlamaq var ....E.hacı,sənə çox yük düşür ...Ən yaxşı bunu gələcək və ya ön planlara saxla...Məndən məsləhət,portalı sonrakı planlara sal 1-2 aya...Uğurlar qardaşım!

Mehman Elxanoglu (2014-06-03 22:05:18)
Bilmirəm fikrim nə dərəcədə düzgündür, ancaq belə sadə bir şey təklif edim: A sual verir (fərqi yoxdur, yeni istifadəçidir və ya köhnə), B cavab verir (ancaq A və B eyni adam deyil, eyni ünvana sahib deyillər). B cavabı A-nın xoşuna gəlirsə (baxmayaraq ki, yeni istifadəçi də ola bilər), A-nın verdiyi səs nəzərə alınsın. Təsadüfən C (C - A və ya B-dən biri deyil, eyni adam deyil, eyni ünvana malik deyil) gəlir sual-cavabı izləyir (sual-cavabda iştirak edə də bilər, etməyə də) və səs verir, əgər A və Bdən fərqli adamdırsa, səsi nəzərə alınsın. Və ya daha ümumi optimal həll (bir az əlavə yaddaş tələb olunur): B-nin verdiyi cavaba hər hansı biri səs verir, əgər həmin adam (və ya ünvan) B deyilsə, səs nəzərə alınsın. Tutaq ki, C ilə Bnin ünvanı eyni deyil (eyni adam deyillər), C səs verdi və nəzərə alındı. D gəlir səs verir, əgər B<>D, C<>D onda D-nin də verdiyi səs nəzərə alınsın. Fərz edək ki, daha sonra E gəlib səs verdi, B<>E, C<>E, D<>E onda E-nin də verdiyi səs nəzərə alınsın. Daha sonra F səs verir, B<>F, C<>F, D<>F, E<>F onda F-in də verdiyi səs nəzərə alınsın. "Müvəqqəti" massivin (proqramçılar deyəsən buna dinamik dəyişən deyirlər) köməyilə yəqin ki, belə bir şey etmək olar. Hələlik həll kimi ağlıma bu gəlir.

ReMu (2014-06-03 20:00:53)
onu düz deyirsizki burada ekspert balı heç də ədalətli verilmir.bir nəfər ancaq məs bu işə baxsa bütün balları o versə daha ədalətli olar

Azerbaycan (2014-06-03 13:00:09)
Yaxşı sualdı :)

E. Hacı (2014-06-03 12:57:21)
Təklifiniz nədir bəs?

Azerbaycan (2014-06-03 12:40:06)
Belədə yaxşı deyildə məsələn ildə ayda bir dəfədə olsa bir xeyirli cavab yazıram ancaq onada 1 dənə + gəlir onudaki sualı verən adam qoyur yəni ekspertlər girib + qoymur yəni mənim cavabım yaxşı olsada balım artmır amma həmən cavabı mənnən əvvəl bir ekspert yazanda neçə dənə + qoyullar düzdü burda məqsəd camahata kəmək etməkdi ancaq yenədə balda artsa pis olmaz yəni bal artmağı bir az başqa cür olsa daha yaxşı olar məncə indi ola bilər bunu görəndə ekspertlər hərəsi bir tərəfdən yazsın amma yenədə məncə başqa cürə olsa daha yaxşı olar sualı verən isyifadəçinin balıda nəzərə alınmalıdır

Twilight.bella (2014-06-03 00:23:42)
Mektebde az savadli sagirdlerin mecburi ‘bes’ yazdirib, ozleri almis kimi inanmasina benzeyir oz ozune ses vermek

E. Hacı (2014-06-02 23:15:40)
Ekspert balı cavablara verilen ballarin cəmidir, lakin hec de hamının yox, məhz saytın tam etibar etdiyi bir neçə istifadəçinin verdiyi sesler nəzərə alinir. Hamı nəzərə alınanda bir neçə account açıb ozu ozune ses verenler var idi xeyli, niyə edirdiler bilmirəm, amma edirdilər

U. Tarlan (2014-06-02 23:14:25)
Salam. Ekspert balı sizin suallara yazdıqınız cavablara əsasın verilir. Əgər cavabınız həqiqən tutarlı və dolğundursa eskpert balı verilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress istifadəçi statusu plugini(İstifadəçi ödülləndirmə)