ƏS üçün nüvə hazırlamaq

salam.mənim sualım belədir bir əməliyyat sisteminin nüvəsini hazırlamaq nə dərəcədə çətindir.müasir dövrdə belə nüvələrə nə qədər ehtiyac var?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

ReMu (2014-06-05 22:52:07)
cavab ucun tesekkurler

E. Hacı (2014-06-05 15:25:50)
Salam. ƏS nüvəsi yazmaq asan məsələ deyil. Bildiyiniz kimi dünyada ƏS ailəsi elə də çox deyil, hər ailənin də bir nüvəsi var. Məsələn Windows-un 10 dənədən çox versiyası var, nüvəsi ümumidir, GNU/Linux ailəsinin 100lərlə bəlkə də minlərlə ƏS-i var, hamsının nüvəsi Linux-dur, eləcə də Solaris, Mac OSX öz nüvələri var. Hazırda ƏS hazırlamaq istəyən mütəxəssislər nüvə yaratmırlar, çünki bu artıq var - Linux kernel. Hətta Google kimi nəhənglər, Çin, İran, Almaniya, Rusiya və.s. kimi dövlətlər velə öz ƏS-ini hazırlama qərar verərlən düşünmədən Linux nüvəsini seçərək onun üzərində qururlar sistemlərini

Alparslan (2014-06-05 14:51:57)
Salam,nüvəyə müasir dövrdə əlbəttə ehtiyac ehtiyac var...Güclü kompyuterlər 2-nüvəli prosessorlu olur...Amma əgər sən əsl oyun həvəskarı deyil və kompyuteri çox yoracaq şeylər etmirsənsə,inan ,bu zəhmətə və ya bu pula heç dəyməz...