Kompüter elmləri,Kompüter mühəndisliyi,İnformasiya Texnologiyaları mühəndisliyi ixtisasları arasındakı fərq.

Kompüter elmləri,Kompüter mühəndisliyi,İnformasiya Texnologiyaları mühəndisliyi ixtisasları arasındakı tədris fərqi nədir,praktiki fərq nədir,işlə təmin edilmə yerləri arasındakı fərq nədir? Və 3-ünə də balı çatan biri üçün hansının seçilməli məsləhətdir.Hərçən ki,keçid balı baxımından ən yüksəkdə kompüter elmlər,sonra bir pillə kompüter elmləri və xeyli addım sonra İT mühəndisliyi gəlir.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Azerbaycan (2014-06-06 01:04:02)
Sağol e qaqaş ən düz sözü sən dedin axırda

Ulvi (2014-06-05 22:21:51)
azərbaycanda heç bir fərqi yoxdu

alismayilov (2014-06-05 22:12:34)
Komputer elmləri - Adından da göründüyü kimi elmdir. Bu istiqamətdə daha çox tədqiqat aparılır. Alqoritmlər, komputer qrafikası, süni intellekt və s. sahələrdə mövcud alqoritmlərin öyrənilməsi və tətbiqini öyrənirsən. Komputer mühəndisliyi - Bu sahə də adından göründüy kimi mühəndislik sahəsidir. Aparat təminatı və proqram təminatı mühəndisliklərini özündən cəmləşdirir. Dinamik sistemlər, elektrikronika və s burada öyrənilir. İnformasiya texnologiyaları - informasiya texnologiyaları və telekomunikasiya sahələrini özündə cəmləşdirir. Verilənlər bazası, mobil sistemlər, şəbəkələr və s burada öyrənilir. Üç istiqamət bir-birindən fərqlənsə də, hər üçünün kəsişmə nöqtələri vardır. Başqa sözlə, məsələn, komputer elmlərində oxuyan şəxs az da olsa, komputer mühəndisliyi və İT dərsləri alır.

Azerbaycan (2014-06-05 19:27:02)
Əsas özünüz əziyyət çəkib öyrənməlisiniz mən inanmıramki bizim unilərdə yaxşı komp keçələr keçərlər e elə belə məsələn unidə elə olurki 3 proqramlaşdırma dilin bir müəllim keçir sizcə o bir müəllim 3 dili nə dərəcədə öyrədə bilər?öyrədir e hərsinnən bir az biraz onlada heç nə eləmək olmur heç yaxşı bilmillərki öyrədələr məsələn c++ və ya java proqramçısına 1000 manat maaş verirlər amma o müəllimə 300 manat omüəllim elə yaxşı bilsə gedib proqramçı işləyərdə neynirki gedib 300 manata müəllim işləsin düzdü ola bilər bir-iki nəfər yaxşı bilir ancaq kompda işləməyə səbri çatmır bu başqa məsələ gedib müəllim işləyir amma çox az adam belədidə mənim tanışlarıma keçiblər komputer ordan bilirəm elə məndə bu il sənəd verəcəm komp fakultesinə yığdığım bal çatır ancaq inform.tex. mühəmdisliyinə elə yazacam oranı ancaq mən heç gözləmirəmki orada mənə nəsə düzəməlli bir şey öyrədələr düzdü öyrədəcəklər ancaq az yəni əsas özünüz 4 il əziyyət çəkib öyrənməlisiniz

Sabir_Azeri (2014-06-05 17:40:02)
Qaqa esas odu hansı universitetde oxuyursan. O ixtisaslar arasında çox ferq olmaz belkede. Harasa sened verende onun ferqin bilmiyecekler ki bunlar ayrı ixtisasdı, deyecekler ki Bakı Dövletin komputerini bitirib yaxud Neft Akademiyasının komputer fakultesin bitirib. Ola bilsin o ixtisaslar atasında 5-6 ferqli ders olsun. Yene esas hansı univetsitet olmasıdı.

Nicco (2014-06-05 17:24:12)
Kompüter mühədsiliyi ilə komputer elmləri arasında fərq( yəni keçirilən dərslər olaraq ) : Komputer elmlərinin əvvəlki adı tətbiqi riyaziyyat olub.Bu ixtisasda oxuyan tanışlarım var.Dərslərin 80-90 % riyaziyyat olur. Komputer mühəndisliyində belə deyil.Maksimum 3-4 semestr riyaziyyat keçirilir.Əlavə fənnlərə üstünlük verilir.Həmçinin proqramlaşdırma dilləridə bütün bu sadaladığınız ixtisaslarda keçirilir. Dərslərin keçirilmə keyfiyyətidə universitetdən asılı olaraq dəyişir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İT-nin sahələri

İT üzrə bildiyiniz faydali saytlar var?

1ci qrup ixtisas seçimi

İxtisas seçimi

nece iT mutexessisi ola bilerem?

Rusiyanın informatika kitabını hardan tapa bilərəm?