Məqalə yazıb pul qazanmaq

Salam əvvəl 1-2 saytda məqalə yazaraq pul qazanmaq olurdu indi var belə saytlar?Varsa 1-2 in deyində mənə öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Eliaga (2016-05-11 15:42:56)
SEO-ya uyğun, keyfiyyətli unikal (kopiya olmayan) məqalə ala bilərsiniz və ya məqalə yazaraq pul qazana bilərsiniz. Azərbaycan dilində. http://www.meqale-bazari.ml

Azerbaycan (2014-06-05 17:42:22)
Tərcümə etdiyiniz yeri mənbə olaraq göstərsəz yaxşı olar

Nicco (2014-06-05 17:25:50)
məqaləni istənilən dildən tərcümə edib saytda yerləşdirsəm müəllif hüquqlarını pozmuş oluram ?

E. Hacı (2014-06-05 15:32:18)
Sayt bu - Envato.com şəbəkəsi. Azəri deyəndə mən azəri deyiləm, bayaq da yazdım. Mənə ehtiyaca gəldikdə isə konkret bir dar sahəni seçib o sahədə ixtisaslaşanda, nəinki ölkədə, eləcə də dünya üzrə ehtiyac yarana bilir demək ki. Geniş sahədə ixtisaslaşmaq çətindir bəli, çox çətindir, amma dar sahə seçin orda möhkəmlənmək mümkündür, dünya üzrə belə.

Namazov Ismayil (2014-06-05 13:06:34)
Salam Azərbaycanda Bilmirəm ama Türkiyədə bir neçə syat var . mən birini tanıyıram lakin burda qeydiyyat pulludur 6 aylıq - 100 Tl (37 azn) 1 İllik- 150 tl (55 azn) Sayt. www.makalekutusu.com

Azerbaycan (2014-06-05 12:44:53)
Ooo.. 150? Nə yaxşı o saytın adın yaza bilərsiz zəhmət olmasa birdə mənə maraqlı gəldi niyə görə xaricdə yüzlərlə peşəkar hətta çox peşəkar proqramçı ola ola niyə azəriyə müraciət ediblər? Pis başa düşməyin sadəcə maraqlı gəldi o az dili məsələsindədə siz çox yaxşı bilirdinizki mən Azərbaycan dilini deyirəm

E. Hacı (2014-06-05 11:49:01)
Azəri dilini bilirsiz ki? Farsdilli ailəyə məxsus dildir. Yox əgər, Azərbaycan dili demək istədinizsə, o halda məqaləyə görə pul vermirlər bizdə bloggerlərə. Bizdə bu bazar inkişaf etməyib. Peşəkar və tanınmış yazar və ya jurnalist olsanız o başqa, 15-30 manat almaq olardı saytlardan hər köşə yazısına görə. Onda da təklifi siz etmirsiz, onlar edirlər ki bu qədər verək bizim üçün yazın. İngilis dilində də vermirlər adi yazıya görə, çünki adi məqalə yazmağı hər kəs bacarır, rəqabət böyüyür və şans azalır. Ona görə də mütləq ixtisaslaşmış yazı olmalıdır peşəkar şəkildə. Məsələn mən vaxtilə proqramlaşdırmaya aid məqalələr yazırdım bir xarici tutorial saytı üçün ingiliscə, hər yazıya görə 150$ verirdilər.

Bextiyar Azeroglu (2014-06-05 11:45:41)
:)

Azerbaycan (2014-06-05 10:43:03)
İngilis dilin bilsəydim elə gedib tərcüməçi işləyərdim :) mənə azəri lazımdır yenədə çox sağolun

Twilight.bella (2014-06-05 01:45:37)
Xarici var, amma yerli bilmirem.’Earn money by writing articles’-bele yazin google axtarisa, gelecek

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Adsense dən pul köçürmələri

Təqaüt kartına pul köcürmək olurmu?

Pul köçmür

Youtube Creative Commons Videolarından pul qazanmaq olurmu?

YouTubeden necə pul qazanım?

Azerbaycanda borsa