youtube pornoqrafik videoları necə ayırd edir?

salam, məncə başlıqdan sual aydındır hərkəsə :) youtubedə pornoqrafik video yerləşdirmək doğurdan mümkün deyil ? youtube necə ayırd edir videonun pornoqrafik tərkibli olmasını

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

asdqwe asdqwe (2014-06-06 00:54:02)
herwey aydin oldu, etrafli melumat ucun coxsagolun

E. Hacı (2014-06-06 00:22:02)
Süni və təbii intellekt ilə. Süni intellekt olur, superkompüter serverlərdə yerləşən proqramların köməyilə videofraqmentlər analiz olunur(neçə faizi, hansı qaydada, onu Google bilər), fraqmentlərdə lüt insan filan detect olunursa və müəyyən kriteriyalar müsbət siqnal verirsə video avtomatik qaydadan kənar hesab edilir. Amma belə süni intellekt zaman xətalar da mümkün olduğundan youtube-da yüzlərlə outsource işçilər var ki moderatorluq edirlər, yəni hər bir işçi gün ərzində minlərlə videoya sürətli rejimdə baxmalıdır.(bir dəfə məqalə oxumuşdum ki psixi problemlər yaranır bu işçilərin çoxunda bir müddət sonra, yüklənməyə dözmür beyin). Üçüncü yol odur ki, hər iki metod bəhrə verməyəndə istifadəçilərin report düyməsi sayəsində də xəbər tuturlar. Bu son vasitədir artıq. Amma yenə də bütün bunlara baxmayaraq effekt 100% deyil, çox az halda olsa da youtube-da dediyiniz tipdə videolar olur. Bir neçə gün qalır, sonra youtube xəbər tutur silir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Lower Third

Share.az upload

Youtube abunə almaq

Video kəsən proqram axtarıram(kiçik həcmli)

Operada- YouTube problemi

Youtube açılmır