Öz saytımın android versiyası

Salam.Mən saytımın öz mobil versiyasını android appını eleyib play storeye qoymaq istəyirəm.Heç bir əlavə xüsusiyyət qoymuyacam appa.Mənə kim bunun haqqdan dərslik verə bilər?

Verilmiş cavablar və yazılan şərhlər (19 cavab var)

Alik (2014-06-10 14:23:25)
E.Haci men ads:adUnitId="ca-app-pub-2010619013438955/7078901221" /> bele yazmaliyam yoxsa ads:adUnitId="2010619013438955/7078901221" />

Alik (2014-06-10 13:16:57)
Hələki öyrənmək istəyirəm bir dənə video dərslik olsa əla olar

E. Hacı (2014-06-10 13:08:13)
Admob özü ayrı dərddir, uzun mövzudur. Həm də app hazır olan kimi reklamı neynirsiz ki, əvvəlcə bir az işlədilsin sonra qoyarsız da

Alik (2014-06-10 12:41:43)
Problem mən hazır kodu götürəndə layoutun adı main.xml olmalıdı idi mən də isə activity_main.xml idi.İndi bir məsələ var admob reklamını əlavə edirəm onda problem çıxır mainactivity.java da

E. Hacı (2014-06-10 11:11:30)
Buyurun. Problem nədə imiş?

Alik (2014-06-10 02:15:48)
E.Haci Çox Sagol Hər Şey üçün şukur ALLAHA 12-13 saatlıq axtarışım nəticəni verdi sonunda alındı.Səni yorduğuma görə məni bağışla.

Alik (2014-06-09 21:39:46)
E.Haci asagida hele hemin adam code source verib onu goturdum workspace pafqasinda android appimin fayllarinnan deyisdim.App hec bir xetasiz isledim.Amma mende yoxladim bu sekildeki go to ya klik edende bu acilir sayt deyil.Neyi sehv etdim ?

E. Hacı (2014-06-09 20:26:21)
Bu tam işləyən versiyadır vaxtilə yoxlamışdım və öz bookmarkıma əlavə etmişdim. Bu da sizdə işləməsə day gerisini siz düşünün, deməli nəsə başqa problem var http://www.mkyong.com/android/android-webview-example/

Alik (2014-06-09 20:22:07)
5 Saatdi googlede youtube videolara baxiram.Alinmir ki, alinmir.Mene bele bir sayt yene tapa bilersiz kodlasdirmani versin mene ?

E. Hacı (2014-06-09 20:15:26)
Xeyr özümüz yığmışdıq kodu, düzdür təbii ki hansısa funksiyalardan istifadə etmişdik hazır, amma ümumən proseduru özümüz etmişdik. Nə alınmırsa Google edin araşdırın. Birdən birə heç nə alınmır, çalışmaq lazımdır

Alik (2014-06-09 19:31:34)
Məncə həmin bu url browserdə açması koda baxsan bu var [code]browser.loadUrl("http://example.com/"); [/code]

Alik (2014-06-09 19:15:19)
Bu cavablar.netin appını yaradanda siz bu koddan istifadə eləmişdiz?

Alik (2014-06-09 19:14:22)
Belə yəni o saytda olan bütün kodu copy paste etdim atdım.Belə rahat danışmaqa mənə agent,facebook, ve's adivi deye bilərsiz biraz gec olur burdan yazışmaq

E. Hacı (2014-06-09 19:09:13)
Hmm tam əksinə olmalıdır axı, yəni istəsəz belə ancaq özündə açmalıdır brauzerdə yox. nəyisə unutmusuz bəlkə, ya nəsə ayarlarda var. google etmək lazım

Alik (2014-06-09 17:55:54)
E.Haci bu xətaları düzəltdim amma telefonda apk işdədədim hər şey düzgün açıldı işlədi amma bir dənə problem var həmin android appda hansisa ayri linkə tıklıyanda gedir brauzernən açır.

Alik (2014-06-09 17:06:17)
E.Haci bu verdiyin saytdan http://innovativenetsolutions.com/2013/01/wrapping-a-mobile-website/ bax belə xəta verdi nə edə bilərəm?

Alik (2014-06-09 16:20:18)
Çox sagol.Mənə lazım olan budu.İndi yoxluyacam

E. Hacı (2014-06-09 16:11:55)
Android Studio yükləyin kompüterə, onun içində deyəsən özü nstall edə bilir Android SDK-nı, SDK da yüklənəndən sonra yeni proyekt yaradıb vebview komponentinin içərisinə saytınızın url-ni qoşmanız lazımdır. Ardıcıllıq burada: https://developer.chrome.com/multidevice/webview/gettingstarted və ya http://innovativenetsolutions.com/2013/01/wrapping-a-mobile-website

Toğrul (2014-06-09 15:34:12)
Android üçün app yazmaq istəyirsinizsə Java bilməlisiniz. Google-da araşdırın türkcə və ingiliscə dərsliklər var.Türkcə kitablarda olmalıdı satışda. Yox əgər java bilmirsinizsə əvvəlcə Java öyrənməlisiniz. Bunlar uzun çekəcəksə android developer tapıb ona hazırlada bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sayt layihə ideyası

Saytda problem

Saytda sorğunun işləməsi

Pulsuz sayt

Pulsuz məsləhətli logo yaratma saytı axtarıram

statik sayt hosting atma