Skrinşotlar görsənmir.

Salam Əziz Cavablar.net Əhli! Mənim üzləşdiyim belə bir problem var: Mənə bu saytın rəhbərliyin həvalə ediblər.: evezsuleyman.net Mən bu saytın adını - hələlik - VPS serverdə dəyişdirib evezsuleyman.org etdim və bu domeni qeydiyyatdan keçirtdim. MySQL`da lazım olan table`ləri dəyişdirib yeni saytda olduğu kimi etdim. Hər şey düzəldi. Amma hər bir yazı da olan skrinşotlar görsənmədi. Üstünə klikləyərkən isə açılır şəkillər. Mən saytı yenidən net domenində bərpa etdim. Bu səhv yenidən yarandı: Skrinşotlar işləmədi. Sayt "Liofolio" temasında işləyir. Yazıları Profilo ilədir.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Mirza (2014-06-11 10:27:53)
Təşəkkürlər, Bu modu aktivləşdirmək - yardımçı oldu mənə.

Cabbarov Sübhan (2014-06-09 21:09:10)
Skrinşot deyəndə tam olaraq nəyi deyirsiz bilmirəm, ama saytınızda belə problem gördüm. Sizin serverə GD kitabxanası düzgün yüklənməyib. Buna görə də şəkillər görsənmir. Temanın daxilində php kodlar şəkili kəsib balaca ölçüdə yaratmaq istəyir ancaq GD kitabxanası olmadığı üçün işləmir. Tam olaraq sizin problem burda görünür Serverə SSH vasitəsi ilə qoşulub php-ə GD kitabxanasını quraşdırın. Əgər alınmasa temanın daxilində şəkil kəsmə kodunda problem var deməkdir. Burdan kitabxananı yükləmə qaydasına baxa bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Php- motivasiya…istiqamet

Amazon,Newegg necə işləyir ?

Saytdan,portaldan bu qədər qazanc Çox olur ?

domendə www haqda

Rss tapmaq

sayt satmaq ucun saytlar?