fərqli bağlamalarda göndərilən telefon

Salam.Qiyməti 20 dolar olan eyni telefonnan ay ərzində hər bağlamada 3 ədəd olmaqla 4 bağlama gəlsə gömrükdə saxlıyarlar? Öncədən təşəkkürlər. Qey edimki bir dəfəfədə 3 ədəd telefon sifariş etmişdim keçən ay,amma gömrükdə saxlamadılar

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2014-06-11 17:11:34)
Biz də bir dəfə Gürcüstandan gələndə qatarda uşaqlardan birində şəxsi normadan bir az artıq şərab var idi, miqdarı soruşdular o da dedi, sonra baxdılar zənbillərə gördülər ki düz deyir, (norma neçə litrsə idi, qanunda yazılan) bir az düşünüb bir daha belə etməyin deyib buraxdılar, yəni buraxmamağa haqqları var idi.

Sabir_Azeri (2014-06-11 16:47:52)
O bir defe ola biler.Ola bilsin gözden yayınıb ve s. Bir tanışım İrandan gelende el çantasında 1 blok siqaret varmış, bunu gören gömrük işçileri deyib ki 2 ve daha artıq getirmek olmaz. Buna xeberdarlıq edilib. Ardıyca o biri böyük çatnasına baxanda burda da 2 blok siqaret olduğunu görübler. Hemin adama qaçaqmalçılığa göre cinayet işi açıblar. Çünki xeberdarlıq olunub, hemin adam demiyib ki bundan başqa yenede siqaret var. Kecen hefte mehkemesi oldu, 150 manat cerime ve 1 il ölkeden çıxmağa qadağa qoyuldu.

E. Hacı (2014-06-11 16:24:57)
Salam. Belə suallar dəfələrlə verilib, lütfən təkrar etməyin. Məsələ qiymətdə deyil, lap 1$ da olsun, əgər Gömrükdə hesab edəcəklərsə ki satış məqsədilə gətirilir, saxlayacaqlar, lap cəm qiyməti 10$ olsa da. Çünki qanun belə deyir. 1000$ satış məqsədi olmayan hallar üçündür, satış məqsədi olanda bu qayda yoxdur.