“işlənmiş” domen almaq

Salam. Domenin illiy haqqı ödənilmədikdə neçə müddət sora yenidən satışa çıxır? birdə belə bir domen alsaq sonrada problem yaşanmazki?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Bextiyar Azeroglu (2014-06-13 12:44:22)
anladım təşəkkürlər.

E. Hacı (2014-06-12 20:45:25)
Bəli, bütün. Sadəcə maraqsız domen olanda onu xüsusi olaraq hərraca yerləşdirmirlər, kim istəyir özü request göndərir ki bu domeni isstəyirəm, orda da avtomatik cavab gəlir ki pul təklifi göndərin 60$dan başlayan qiymətlərlə təxminən. Bir müddət sonra da başqa təklif olmasa satırlar sizə

Bextiyar Azeroglu (2014-06-12 20:10:05)
dediyiniz şirkətlər bütün vaxtı bitmiş domenləri hərraca çıxarır? yəqinki elə olmaz.

E. Hacı (2014-06-12 10:18:09)
Bir az çətin məsələdir bu. İşlənmiş domen vaxtı bitəndə heç vaxt yenidən adi satışa qaytarılmır. Aldığınız şirkət onu öz adından hərraca çıxarır domen alış-veriş saytlarında. Sedo, Godaddy və.s. şirkətlər var ki bu işlə məşğuldurlar, domain auction işləri görürlər. Və beləcə orada 60$dan başayan təkliflər olur. Siz təklif edirsiz, razı olsalar və sizdən çox təklif edən olmasa sizə satırlar. Yəni əvvəl rahatlıqla 10$a aldığınız domeni vaxtı bitəndən sonra ola bilər hətta 100$a da ala bilməyəsiz.

kenan84 (2014-06-12 00:36:40)
vaxtı bitdikdən 3 ay sonra boşa düşərsə almaq olur!

Baxisli Ilham (2014-06-12 00:02:42)
Tәxmini 1 aya pulu ödәmәsә domen yenidәn satışa çıxarılır. ( nә vaxtsa burda oxumuşdum)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wifi var,amma men qoşula bilmirem.

1024 kbit/s neçe mbit/s-dir?

facebook profili başqa brauzerdə görünmür

Domen

Pulsuz ,qısa olan yönləndirici və ya hostingli domenlər

internet problemi