Hansı html düzənləmə proqramı daha yaxşıdır?

Sualdan hər şey aydındır.Notepad++ və Dreamweaver-dən başqa sizin istifadə etdiyniz və ya bildiyiniz ən yaxşı HTML düzənləmə programı hansıdır.Notepad++ da yaxşıdır,amma daha yaxşısı var mı? Dreamveaver pullu olduğu üçün tam könüllü istifadə edə bilmirəm,əgər pulsuz versiyası varsa linkini paylaşın (Crack etmək lazım deyil)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Alparslan Məmmədli (2014-06-13 21:42:47)
HTML editləmə proqramı bəsdir.HtmlPad 2014 istifadə edirdim.Əla idi.Proqramın içindəki birdəfəlik ,həm kod yığmaq həm də alınan nəticəyə aşağıdan PREVİEV seçməklə baxmaq olurdu.30 Uses qısaltması olduğu üçün başqa proqram axtarıram.

Kohne_Dinick (2014-06-13 21:23:44)
Duzdur. Boyuk hecmli html fayllarini saytin bazasindan etmek cetindir. Siz yeni hem wml,html,htm ,php kimi fayllarida editlemek ucun program axtarirsiz? Yoxsa tek html.?

Alparslan Məmmədli (2014-06-13 17:38:36)
Köhnə,axı mənə ən yaxşı edit eləyən lazımdır.Siz məgər notepadla editləyirsiniz böyük html fayllarını?

Kohne_Dinick (2014-06-13 14:48:30)
Htmli editlemek ele kompun ozu ile de olur ac html fayli txt kimi editle.

E. Hacı (2014-06-13 10:35:30)
Salam. Windows üçün Notepad++ demək olar ən yaxşıdır. Pullu Sublime Text 2 də pis deyil. PHPStorm da əladır, pulludur amma, Netbeans, Aptana kimi pulsuzlar da var ortabab. Geany də yaxşıdır. Linux-larda da seçim çox genişdir, bircə Notepad++ yoxdur, amma onun əvəzində ondan da yaxşıları var. Dreamweaverə gəldikdə isə fikrimcə vizual builderlərin dövrü keçib. İndi elə dövrdür ki kod hər şey deməkdir, hər bir editorda pluginlər var ki kodu generasiya edirlər əllə yazmaq lazım deyil. Məsələn Sublime-da table yazıb tab düyməsinə basdıqda table-ın bütün kodu hazır qurulmuş olur. Eləcə də p a h1 və.s. yazıb tab basanda. Notepad++-da da şübhəsiz belə imkanlar var.