Şablona .po faylını necə əlavə etməli?

Salam! Mən bu sayta "FolantisMag" adlı bir şablon quraşdırmışam. Saytın parametrlərinin hamısını Azərbaycan dilinə uyğunlaşdırmışam. Amma səhifələrdə olan ingilis dilindəki sözlər qalır. Onları dilimizə çevirmək üçün şablon qovluğunda dil direktoriyası yoxdur. Məndə hazır - dilimizdə olan - .po faylı var. Qalır onu, quraşdırmaq. Bunun üçün digər mövzulara baxdım onlarda dil qovluğu var (languages) amma hazırkı şablonda yxodur. Xahiş edirəm, mənə şablonun dilini dəyişdirmək üçün alternativ üsul söyləyəsiniz və ya mümkünsə .po faylı olduğu ünvanı və onu neə dəyişdirməyi başa salasınız. Əvvəlcədən təşəkkürlər! P. S. Tərcüməsi lazım olan sözlərdən bir neçəsi: Read more, comments, june, edit və s. P. P. S. Bir daha qeyd edim ki, Azərbaycan dilində olan .po faylı var.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2014-07-08 10:48:49)
po faylı hazırlananda onun yanında Save edən kimi .mo yaranır. Po-nu qoyun qalsın, mo-nu atın müvafiq languages qovluğuna

Mirza (2014-06-17 11:27:12)
Poedit proqramı ilə .po faylı hazırlanıb - məndədir. Qalıb onu yerləşdirmək. - Hara?

Mirza (2014-06-17 11:25:26)
Mən bu şablon üçün nə qədər iş görmüşəm. - Zəhmmətimin boşa çıxmasını istəmirəm.

Alik (2014-06-16 20:37:01)
Poedit programını yüklə komputerində quraşdır.Sonra editlə

Alparslan Məmmədli (2014-06-16 18:40:29)
Bu tema üçün bu qədər əziyyət çəkmək lazım deyil. magpress.com və bir çox saytları araşdırın.Bundan dəfələrlə gözəl və problemsiz çoxlu tema var.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress tərcümə

dil yazmaq

Dil dəyişmədə çətinlik

Texniki İngilis dili lügəti

ipad da dili necə dəyişirlər?

İnternetdən dil öyrənmək