WordPress Azerbaycan dili yüklənmir

Salam, Mən WordPress 3.3.1 v, scriptini qurmuşam, ona Azərbaycan dili yükləmək istedim ama alinmadi? Deyilenleri göstərilən qaydada az.mo faylini wp-content/languages/ qovluğuna yukledim, və wp-config.php de define('wplang','az'); yazdım , ama hecne dəyişmədi , köməyiniz üçün Əvvəlcədən təşəkkürlər ,

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

WalKing (2014-06-30 23:23:16)
Etrafli melumatiniza gore teşekkür edirem!

E. Hacı (2014-06-19 10:42:09)
Salam. Dil paketini hardan yükləmisiz? Rəsmi saytdan yükləyin yaxşı olar. Bir neçə problem ola bilər səbəb sizdə. 1. Yüklədiyiniz paket az yox az_Az paketidir. Yəni wp-config-də az_Az yazmaq lazım. 2. Əslində tərcümə olur sadəcə siz səhv başa düşmüsüz. Yəni adminka tərcümə edilib, amma theme yox, sizsə theme-in də tərcümədən etkilənməsini istəyirsiz. Bu sadəcə ehtimaldır ha, problıemi təsvir etməmisiz deyə ehtimal kimi deyirəm. Bir də əlavə deyim ki 3.3.1 işlətmək çox təhlükəlidir. CMS-lər daim ən son versiyada istifadə olunmalıdır. WP isə hazırda bu şərh yazılan anda 3.9.1 versiyadadır.

WalKing (2014-06-18 22:59:04)
languages qovluqunda hec bir fayl yoxdur, yalniz 'az.mo' az dili yuklenib,

Namazov Ismayil (2014-06-18 16:54:32)
Language qovluquna atdıqdan sonra admin paneldən default dili Az dili seçin. vəya language qovluqundakı En faylını silib onun adında az faylını yüklıyin

WalKing (2014-06-18 13:00:18)
anlamadim?, mene mobil telefon lazim deyile, WP azerbaycan dili islemir, onu demek isteyirem?

Alparslan Məmmədli (2014-06-17 19:55:36)
http://www.techradar.com/news/phone-and-communications/mobile-phones/lg-g3-vs-sony-xperia-z2-vs-samsung-galaxy-s5-vs-htc-one-m8-vs-iphone-5s-1250608 Araşdırın.