SQL Server öyrənmənin perspektivləri

Salam,dostlar.Mümkünsə,bir məsələ ilə bağlı fikirlərinizi almaq istərdim.SQL Serveri öyrənməklə özümə normal səviyyədə bir iş tapa bilərəmmi?Bu sahəyə tələbat varmı?Məlumatı olanların məsləhət vermələrini xahiş edirəm

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2014-06-19 23:47:11)
1000-1500 civarı, mən tanıdığım insanlardan gördüklərim qədərilə. Socar-dan tutmuş əksər banklara qədər developerlərdən əksər hallarda məhz bu cütlük üzrə bilik tələb edilir

Məmmədov Toğrul (2014-06-19 15:03:01)
Salam E.Hacı-nın sözləriylə tamam razıyam mysql öyrənmək istəyirəm 1 ay qabaq məndə bu sualı vermişəm və elan saytlarında axtarış etdim bir bankda C# MYSQL PHP HTML CSS maaş 1500 manat idi əsas problemsə iş təcrübəsidir gərək ki bunların hamısını yaxşı biləsən bəlkə onda iş təcrubəsi aradan qalxar yəni əvvəl hardasa işləməsiniz də işə götürə bilərlər

ahmed (2014-06-19 13:22:12)
C#+SQL Server Development= Bakıda asan iş Təxmini maaşı da yazsaydınız yaxşı olardı.

E. Hacı (2014-06-19 12:56:17)
Salam. SQL Serveri bilmək yaxşıdır, amma Oracle daha məsləhətlidir. Database-ə iki cür yanaşmaq olar da. bir DBA, sırf DB administartion işləri, bu halda məsləhətdir ki Oracle seçilə, çünki Oracle işlər çoxdur. Amma SQL serveri də öyrənsəz DBA səviyyəsində, məncə asanlıqla iş tapmaq olar. ikinci isə DB developer yanaşmasıdır. Bu halda siz development üçün öyrənmiş olursuz Oracle və ya SQL serveri . Bu halda iş tapmaq qat-qat asan olar. Çünki development halında siz DB ilə yanaşı proqramlaşdırma da öyrənməli olursuz. SQL Serveri seçdiyiniz halda bu platforma .NET , dil isə C# olur. C#+SQL Server Development= Bakıda asan iş

Alparslan Məmmədli (2014-06-19 10:40:47)
Azərbaycanda belə sahəyə o qədər də tələbat yoxdur.Məsləhət etmirəm. Html5 və Css3 dillərini ,Cms və sayt açma işlərini yaxşı bilsəniz ,minumum 400 Aznlik iş taparsınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mac vs Hackintosh sürətləri.

AWS iş prinsipi

Azərbaycanda şəxsi web server?

cPanel install eləsəm php mysql apache də install olacaq?

Microsoft Dream Spark və AzTU

Evdə Web Server qurmaq ?