Fotoqrafiyaya ilk addım

Əvvəla, salam. Sualıma nəzər yetirib cavablandıracaq hər kəsə əvvəlcədən çox sağ ol deyirəm.. Fotoqrafiyaya böyük marağım var. Buna görə də Canon 7D almaq fikrim var. Problemim aparat seçməkdə deyil. Sadəcə hansı obyektivi alacağıma qərar verə bilmirəm. Qarşımda bir neçə alternativim var: 1. Canon EF 70-200mm f/4 L USM 2. Canon EF 17-40 mm f/4 L USM 3. Canon EF 24-105mm f/4 L IS USM Bu 3 seçim arasında qalmışam. 1-ci obyektiv kifayət qədər yaxşıdır, professional biri bu obyektivlə rahat işləyə bilər, məncıə.. Amma yeni başlayanı həvəsdən sala bilər, çünki İS sistemi yoxdur və əlləri əsən birisi üçün problem yarada bilər.Digər 2-i haqqında fikirlərinizi bilmək istərdim. Cavablarınızı gözləyəcəm

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Alparslan Məmmədli (2014-06-21 12:22:05)
Uğurlar! Sən oxumaq ilə məşğul ol.

RaMo (2014-06-20 23:50:24)
Çox sağ ol, qardaş. İnşallah 4 həftədən sonra alacam aparatı. Qəbul imtahanını gözləyirəm :)

Namiq Bəndəli (2014-06-20 22:12:23)
Salam. Canon 7D 24x18 kəsik kadr olduğu üçün alacağın hər hansı lens x1.5 hesablanacaq. Yəni 70x1.5=105 Deməli ilk başlamaq üçün bu yaramaz, çünki zoom çox olduğu üçün yaxın planları çəkmək mümkünsüzdür. 17-40 bu lens yaxın planlar üçün əla seçimdir amma tam 17 olduqda kadrda əyilmə baş verir və əgər düz xətli nə isə çəkərsək xətt əyri görsənəcək . Ən yaxşı seçim 24-105 dir. Həm yaxın həm də uzaq kadrlar üçün universal lensdir. (Və stabilization da var) Gələcəkdə nə alım soruşsan 50mm 1.4 almaq olar. 70-200 isə stabilization olmadan ancaq tripod vasitəsilə çəkim üçündür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Arxa Fon Kölgəli Şəkil Çəkən Fotoaparat Almaq İStəyirəm

Canon 600D Shutter Sayı

Tam professional fotoaparatlar hansılardır?

Canon Fotoaparatları Haqqında

İlk Canon aparatı almaq üçün məsləhət

Printer senedi çox solgun rende çıxardır.