Kompyuterimdə virusları necə silim?(Təhlükə altında)

Salam ,kompyuterimdə niyəsə viruslar var.Əsas 3 virus: Win32.Nimnul.a- Win32.Krap və Win32.Ramnit virusu (Kaspersky təsbit edib) TrojanDropper.VBS virusunu kaspersky təmizlədi. Lakin digər viruslar qalıb,nimnul virusu mikrop kimidir.Bütün fayllarda var.Sanki ,silinməməsi üçün bütün fayllara özünü atıb.Ramnit isə,internetdə oxuduğuma görə çox pis virusdur. Sistemim XP Sp2-dir.7-ə keçirməyə düşünmürəm.Bu sistem üçün hansı antivirusları və ya qoruyucu programları bilərdiniz?Kaspersky tapsa da,silə bilmir.Avira 2014 və Bitdefender 2014 sistemimi dəstəkləmir.KÖMƏK EDİN! +Kompyuterimdə bir fayla girərkən görəv yönəticisində ( ctrl+alt+delete ilə daxil oluram) proseslərdə,chrome.exe deyə fayl gəlir.Varsayılan tarayıcı dəyişdirdikdə isə bu da dəyişir.Məsələn,Firefox varsayılan tarayaıcım olanda,hər hansı bir fayla girəndə arxaPlanda firefox işləyir.Onun prosesini dayandırmadıqca,internet çox yavaş olur.Bu deyəsən Ramnit virusundandı.Kompyuterim ,bəzən də öz-özünə sönür. Bu ciddi işdir.Yəni,yaxşı antivirüs və ya qoruma programı lazımdı.Yac deyə bir şey yüklədim,o da siləmmir.

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

GuNesiMin_SefeQi (2014-06-24 18:49:04)
Tebrik edirem

Alparslan Məmmədli (2014-06-23 15:41:49)
Kenan,iş çox ciddidir.NOD32 də yaramadı.Virus kompyuterdə işləyə-işləyə Nod32 heç nə eləmədi.Axırda ümidsiz Norton 360 premier editionu yüklədim və auto-protect ilə kompyuterim super işləyir və tam tarama ilə kompyuterim daha təmizdir. +Avira da antivirguard ilə yaxşı qoruyur.(2014 işləmədi,2011 yüklədim.)

kenan84 (2014-06-23 10:20:17)
ESET NOD32 Antivirus proqramı istifadə edin. virus probleminiz qalmayacaq.

Alparslan Məmmədli (2014-06-22 21:17:16)
Demək asandır.Kompyuterimdə çox lazımlı məlumatlarım var.Əgər onlar silinsə...

Ask_CiceyiNem (2014-06-22 12:39:29)
Mence farmat edin 1defelik temizlesin

Dilsuz (2014-06-21 18:53:43)
Məsləhətdi sistemi bərpa edəsiniz, əlbətdəki sisteb diskiniz varsa.

Alparslan Məmmədli (2014-06-21 18:45:14)
Hamınıza təşəkkürlər,amma kaspersky virusları tapsa da silə bilmədi(Qeyd eləmişəm),avast isə ümumiyyətlə virusların əksəriyyətini tapa bilmədi. Norton Premier 360 istifadə edirəm və onun sayəsində kompyuterim daha yaxşı güvəndə. Norton sayəsində "+" işarəsindən sonra yazdığım yazılar artıq bitti.

Dilsuz (2014-06-21 17:45:25)
Kaspersky və ya Avast yükləyin full scan edin və sonda kompyuteri yenidən başladın.

Kohne_Dinick (2014-06-21 16:45:54)
Qaqa sen kompuna antivirus ve clean master yukle. Avast antivirusun trial 1illik free paketi var ordan yukle http://avast.com burdan yukleye bilersen. Ve clean master yuklekompu hem sil, temizlesin antivirisda qorusun gelen viruslari icinden delete et ignor yox

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Antiviruslar haqda məsləhət lazımdır

Bu virusdur yoxsa nədir ?

Texet format etmək

SAZZ-ın şəbəkəsində virus

Ubuntu yüklü komputere flaskadan virus düşə bilərmi?

Android də Virus