Kiminsə şəxsi şəkilləri telefonuma düşüb.Onları necə silim?

Salam mənim şəkillərimin arasında bilmirəm necə olub "Auto Backup" Picassa logosu ilə tanimadigim insanların ailəvi şəkilləri düşüb.Silmək də olmur.Bunları necə silim?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Namazov Ismayil (2014-07-02 21:11:05)
Xeyr Parolla əlaqəsi yoxdu dediyimi edin düzələcək.

macid (2014-07-02 20:48:12)
Əgər parolu dəyişsəm düzələr?

Namazov Ismayil (2014-07-02 17:27:13)
Salam. Tanmadığınız adamın şəkilləri sizə necə gələ bilərki, ya siz başqasının gmail- ünvanını işlədirsiz yadaki başqası sizin gmail ünvanınızı bilir. Bu telefonda görünməməsi üçün Gmail Sync telefonda bağlayın.

GuNesiMin_SefeQi (2014-07-02 10:32:05)
Mende de o prablem yaranmiwdi men telin ozunnen o gmail sildim

macid (2014-07-02 07:56:07)
Sübhan qardaş hesab mənimdir.Mən parolu da dəyişdim yenə xeyri olmadı.Keş yaddaşını necə təmizləmək olar onun video və yaxud şəklini qoya bilərsiz?

Cabbarov Sübhan (2014-07-01 23:21:03)
Yəqin sizin kiminsə google hesabından istifadə edirsiz və buna görə də həmib şəxsin şəkilləri sizdə görünür. Yaxşı olar ki özünüzə başqa hesab açıb istifadə edəsiz. Yox əgər bu hesab sizindisə deməli başqa kimsı bu hesabdan istifadə edir. Yenə də silmək istəsəz. Google hesabında şəkillərin sinxronlaşdırılmasını bağlamaqla olar. Daha sonra Gallery proqramının keş yadşını təmizləməklə etmək olar