Adsense reklamları görünmür

Salam, bir ilden çoxdur ki, adsenseden istifadə edirəm. Heç bir problem olmurdu. Ancaq 1 aydır ki, reklamlar görünmür. Yalnız yeni indexlenen sehifelerde görünür, sonra o da leğv olur. Qeyd edim ki, hesabımda heç bir problem yoxdur və google'dan hər hansı bildiriş gelmeyib.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

H5M1 (2014-08-09 20:47:16)
Bu mövzuda digər bir posta yazmışdım. Səbəbini google ilə bağlamışdılar. Panda 4.0 çıxandan sonra gəlirlər birdən düşmüşdü. Google supporta yazandan sonra səbəb kimi saytın dilini göstərmişdilər. Sayt Azərbaycan dilində idi. Çox ümid edirəm ki, yay fəsli ilə əlaqədar olsun.

E. Hacı (2014-07-04 13:16:18)
Aha pul hər ay avtomatik oturur hesaba heç nə etmədən. Maaş kimi. Bundan da rahat?

adfly (2014-07-04 11:10:00)
Bankla odeme rahatdirsa :-)

E. Hacı (2014-07-04 08:04:49)
Adsense bankla ödəmə edir rahat

adfly (2014-07-04 04:06:54)
Qaqaw adsenseden pul qazanmaq onu bakiya yollamag imknnsizdi yeni adsenseyi buraxin mende 2 ay caliwdim bir wey çixmadi

E. Hacı (2014-07-03 14:52:28)
Bu regionda bir çox saytlarda elədir. Keçən il də yayın əvvəli belə olmuşdu, sonra düzəldi, yəqin ki səbəb Google daxili hansısa səbəbdəndir. Həm də görünməzlik sabit deyil, siz öz saytınızda görmürsüzsə, ola bilər ki başqalarında görünsün. Amma təbii ki ümumi view sayı aşağı düşür. Bir sözlə sadəcə gözləyin