Dünyanın ən asan ve çətin 10 dili

salam..Dünyanın ən asand ve çətin 10 dili hansıdı? öyrənmək istəyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Alparslan Məmmədli (2014-07-05 12:05:19)
Mənim qohumum,8-ci sinif şagirdi məcbur ərəb dilini çox yaxşı öyrənmişdi.İstəyən öyrənir...

E. Hacı (2014-07-04 13:47:08)
Ərəb dili çətin dildir. Mənə də çətin gəlmir, sizə də gəlməyə bilər. Çünki dilimizdə minlərlə ərəb sözü var, islam dininin ədəbiyyatı ərəbcədir, qulağımız çox öyrəşib və.s. Amma bu o demək deyil ki asandır o dil.

Maqa (2014-07-04 13:05:58)
Ola bilər mən şəxsi fikrim belədir ümumi şəkildə götursək başqa xalqlar əsasən bu bölgünü əsas tuturlar yəni başqa ölkələrin nümayəndələri bizim dildə çox çətin danışır eyni zamanda əgər fikir vermisizsə sözlərimizi belə düzgün tələffüz edə bilmirlər məncə bu yetərli faktdır

WalKing (2014-07-04 12:47:03)
Deyirsizki Ərəb dili çətindir, ama heçdə çətin deil, şəxsən özüm Ərəbcə dərs almışam. Bütün Latın elifbasından kənar diller bizə çətin görsənə bilər, Düzdüt çətin dillər var, ama Ərəb dili elede çətin deil.

E. Hacı (2014-07-04 11:03:07)
Bu tip təsnifat ilə razı deyiləm şəxsən. Məsələn ərəb dili kök(amorf) dildir amma ən çətin dillərdən hesab edilir. Və ya çin dili. Eləcə də məsələn ispan, alman, ingilis qohum iltisaqi dillərdir, yəni morfoloji baxımdan eyni qrupa aiddirlər amma ingilis dili digər iki dillə müqayisədə xeyli çətindir. Qrammatika,lüğət bazası və.s. daha çox önəm kəsb edir bu məsələdə yəqin ki

Maqa (2014-07-04 10:56:48)
Ümumiyyətlə iltisaqi dillər tipinə daxil olan bütün dillər çətindir ən asan dil tipi isə amorf dillərdir

hackery (2014-07-04 10:04:18)
Koreya, Çin,Yapon dillərindən danışmayın. Elə bilki,pomidoru divara vurub herf alıblar

Natiq (2014-07-04 02:23:21)
çin dili öyrənmək istədim. bir az araşdırdım . gördüm çətindi.

Sabir_Azeri (2014-07-03 23:00:31)
Çin, koreya, yapon. Men CNPCde işleyirem. Bu yaxınlarda Beijing şeherinde de oldum. Dilleri çox çetindi, 1000-lerle işareleri var. Ulu babalarından qalan işareleri helede işledirler. Bizim bir sözümüzü oların bir işaresi evez edir

Murad96 (2014-07-03 22:50:24)
Əlifbası latın olmayan bütün dillər çətindir.

Natiq (2014-07-03 17:23:32)
1ci men bilen hawai dilidi. sonraki ardiciliq lazim idi

E. Hacı (2014-07-03 14:58:41)
Ən asan: Spanish, French, Portuguese, Italian... Ən çətin: Arabic, Chinese, Korean, Japanese...