Imei kod düz gəlirsə, nəyə əsasən deyirlər ki, cihaz original deyil?

Salam dostlar! Imri.az saytına 12.06.2014 tarixində belə məzmunda məktub yazdım: Internet mağazadan telefon alanda satıcıdan xahiş edirik, imei kodu imei.az saytında yoxlasınlar. Əgər qaydalara uyğundursa alırıq . Və bu telefonların bəzisini bizdə qeydiyyata alırlar, bəzisini isə qeydiyyata almırlar. Xahiş edirəm, deyin, imei koddan əlavə nəyi öyrənmək lazımdır? Hamısı deyir, telefon originaldır. İndiyə qədər heç bir cavab yoxdur. Deyəsən, onların özü də bilmirlər ki, cihazları necə yoxlamaq lazımdır. Bəlkə bu barədə bilən var? Telefon originaldırsa, imei kod düz gəlirsə nə üçün qeydiyyata almırlar? Imei kod düz gəlirsə, nəyə əsasən deyirlər ki, original deyil? Əvvəlcədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

mex (2014-07-07 01:04:39)
Mən də belə hesab edirəm ki, bizimkilər düzgün qeysiyyata almırlar. imei.az saytında imei kodla bərabər cihazın adını da yazsalar yaxşı olar. Təkcə Imei kodun yoxlanılması heç də hər şeyi həll etmir. imei.az saytını da yəqin ki, düzgün işləmədiyi üçün bağlayıblar. Kim bilir? Niyə işləmir?

E. Hacı (2014-07-04 09:31:18)
Telefon originaldırsa, imei kod düz gəlirsə - qeydiyyata alırlar. Problem də elə birinci ilə bağlıdır. Qeydiyyata almadıqları telefonlar original deyil və ya nəsə qlobal model deyil ya nəsə elə bir şey. imei kod saxta yolla yazılır saxta telefona, siz daxil edirsiz deyir ki düzdür, tutalım bu imei olmalıdır hansısa Sony-də. Sistem də deyir ki düzdür. Siz aparırsız qeydiyyata yoxlayırlar görürlər ki gətirdiyiniz telefon Sony yox, hansısa çinçonq adlı telefondur, ona görə də qeydiyyata ala bilmirlər. Yox əgər telefonunuzun original olduğuna tam əminsiizsə ola bilər ki sadəcə modeli düzgün daxil etmirlər qeydiyyata alanlar, israr etmək lazımdlr ki düzəltsinlər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Xiaomi Telefon qeydiyyatı

Imei qeydiyyat

yeni iPhone 6 Activation Error xətası.

Telefon qeydiyyat olunub hələdə işlədə bilmirəm

Telefonu qeydiyyatsız işlətmək

telefon qeydiyyatı