Web Dizayn Hostig

Azərbaycanda bu sahəylə bağlı fəaliyyət göstərən bir çox fərdi şəxslər və şirkətlər var.Ama müştəriyə müqavilə təklif edən heç bir şəxs və ya şirkət görməmişəm (Web Dizayn) varsa da qarşıma çıxmıyıb.Hosting üçün yeganə datacenter.az müqavilə təklif edir.Bu xidmətlər sahəsində müəyyən bir standart olmadığına görə təklif olunan xidmətin dəyərinnən baha və ya ucuz olduğunu bilmək çətin məsələdi. Bunu necə bilməy olar ? Sayt qurulub təhvil verildikdən sonra fəaliyyət zamanı quruluşda hər hansı problemə görə məsuliyyət istehsalcı şirkətin üstünə düşür yoxsa istifadəçi firmanın ? Saytın fəaliyyəti dövründə texniki məsələlərlə bağlı istehsalçı firmadan dəstək alınırsa (max min) qiymət nə qədər olmalıdı ? Disk 1 ,3 ,5,10 trafik 50 ,120,200,300 gb olan hosting gunluk problemsiz neçə min istifadəçini təmin edə bilər ?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2014-07-10 11:16:30)
Əksəri müqavilə təklif edir yerli hosterlərin. Siz fbda yaşayan hostinq satıram deyən resellerlərə baxmayın, uşaq muşaqdır çoxu. Normal şirkətlər müqavilə bağıayır, Adanet olsun. Yer.az olsun, Sahilhost.com olsun, hər biri müqavilə bağlayır ofislərinə getsəniz

Alparslan Məmmədli (2014-07-10 11:00:04)
Əgər planınız böyüksə,xarici hostinglər ilə əlaqə saxlayın.Azərbaycan hostingləri problemli çıxa bilər. Hər bir hostingə görə sürət,iş rejimi dəyişir.Bəzi hostinglər,istifadəçilərin xeyli olması səbəbindən sürət problemi yaradır.Yəni həmişə,ən çox istifadə olunan hostingləri seçməyin.Bu mövzuda internetdə daha çox araşdırma aparın.Hostingeri məsləhət görərdim.Tam dəstək verirlər,problemlərdən asılı olaraq bəziləri istifadəçinin,bəziləri onların öhdəsinə düşür.İllərlə istifadə etmişəm və hələ ki ,razıyam.