Mənim Micro Kartım format olunmasını istəyir

Salam. Mənim 512 MB Micro SD kartım var. Bu kartda mənim şəxsi məlumatlarım var və istəmirəm ki, silinsin çünki vacib məlumatlardır. Peşmanam ki, məlumatlarımı zapaznoy kimi başqa yerdə saxlamamışam. Kompüterə taxanda da kartıma girmir və format olunmasını istəyir. Xayiş edirəm mənə kömək edin. Bir gün kartımı kompüterə taxanda pəncərə gəldi. Kartı kompüterə taxanda belə gəlir : http://i.share.az/images/d3620/da0ad/4d2352a43a5c994eed0234.jpeg İmtina edib girəndə isə belə olur : http://i.share.az/images/86082/e3092/0f29676cbf64fa534e911f.jpeg Artıq dərəcədə xayiş edirəm mənə kömək edin. Məlumatlarımı geri qaytara biləm. Köməyinizə görə çox sağolun. Minnətdaram

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Elvin Bağban (2014-07-16 00:56:27)
1.daxil olursan Ana stolda yerləşən My computer sağ tıklayırsan və ən axırıncı sözə tıklayırsan... 2.Sol tərəfdə yerləşən və yanında müdafiə şəkli olmaqla 1-ci sozə tıkla... 3.Driverlərin siyahısı gələcək...Və disk driver yazılan hissəyə (deyəsən 6-cı söz) 2 dəfə tıkla(Disk Drivers) və yenə də siyahı açılacaq. 4.Flash USB -ni daxil et ora flash kartın modeli(adı,soyadı) gələcək... 5.Və driverin üzərinə sağ tıklayıb Driveri sil tıkla(deyəsən 3-cü söz)... 6.VƏ flash usb -ni çıxarıb yenidən tax...Gözlə driver yüklənsin.................. Qeyd-Bu prossesden sonra flsah usb dərhal format olunmalıdır(təbii ki,içindəkiləri saxlamaq şərti ilə :) )

НеВиДиМыЙ (2014-07-14 06:03:09)
Xayis edirem kimse mene bu barede komek ede biler ?

НеВиДиМыЙ (2014-07-12 16:53:44)
Qeyd etdiklerinizi yerine yetirdim alinmadi. Proqramdan da isledim o da alinmadi.

Cabbarov Sübhan (2014-07-12 10:36:37)
Bunu yoxla. Başa düşməsəniz komputer ilə işləyə bilənə göstərin bu cavabı :) 1. Win+R-> CMD yaz və enterə vur 2. diskpart yaz və enter 3. list disk yaz və eneter 4. select disk # (# kartın diskin nömrəsidi, yuxarıdakı kod yazılan nömrə görünməlidi) 5. attributes disk clear readonly -> yaz və eneter. Əgər bu method işləməsə. Fayl bərpa proqramları ilə fayllarını götürə bilərsən. Məsələ bu proqram ilə http://www.piriform.com/recuva

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notepadın formatları

Komputeri formatlamaq

Formatdan sonra fayllar

Kompüteri tez-tez format etmək ziyandır?

format zamani fayllarin itmemesi ucun ne etmek olar?

flash kart format problemi