Huawei P7 almağa dəyərmi?

Huavvei P7 necə telefondur? Bundan əvvəl samsung note 3 neo ilə huavvei g750 müqasiyəsi üçün sual vermişdim demək olar hamı dediki note 3 neo al. Bəs P7 necə? almağa dəyərmi? Bu modeli s4 lə müqayisə etsək hansı daha üstün olar? Ön kamera 8mpks yazılıb. həqiqətən elə güclü çəkir yəni?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

GuNesiMin_SefeQi (2014-07-16 23:02:14)
S4 yaxwidi huawei de pis deyl size hansi xowdusa onu aln cunki 2side kifayet qeder guclu funksiya ya malikdir

Bextiyar Azeroglu (2014-07-15 22:01:44)
Hər şey tam aydın oldu. Təşəkkürlər geniş məlumatçün.

E. Hacı (2014-07-15 21:53:39)
Aha məhz ilişmə donma. Ui deyəndə launcher nəzərdə tutulmur ha. Butun front həll nezerde tutulur. Samsungda bu touchwiz (ən pis ui budur) sonyde bravia, htcde sense, huaweide emotion UI ve.s. meshurlardan bir tək motorola pure buraxir ina gore de 150 aznlik moto g istenilen galaxy s5 ve ya xperia z2den daha suretli isleyir, hec vaxt donmur ve.s. Loru izah etsək pure android ui evin zavodskoy damidirsa, diger uiler evin certyojunu bilmeden zavodskoyu sokub yerine tikilen bahali materiallardan olan keyfiyyetsiz dam örtükləri dir, ona görə de yagis yagan kimi damirlar :) Əlavə olaraq deyim ki bəzi güclü smartfonlarin (s4, htc one ve s) play edition buraxilislari var ayrica. Onlar pure android olur ve ideal smartfonlardir

Bextiyar Azeroglu (2014-07-15 21:06:22)
E.Hacı, UI nin Pure Android-dən fərqi nədir? yəni mənfi cəhət deyəndə nəyi nəzərdə tutursuz? ilişmə donma və s.? yoxsa nə?

E. Hacı (2014-07-15 09:24:42)
Mifdir o, hərə özündən bir nağıl uydurur. Kifayət qədər yaxşı istehsalçıdır huawei. Yeganə mənfisi özünə məxsus olan UI həllidir. Pure Android daha yaxşıdır, nəinki Huawei-in öz interfeysi

Bextiyar Azeroglu (2014-07-14 21:29:36)
Bir dəfə oxumuşdumki "huavvei telefonlarında yalnızca yüksək göstəricilər olur. praktikada isə 1köpüklük telefon deyil" ona görə biraz narahatam bu modeldə.

Miki99 (2014-07-14 19:29:14)
Almaga Deyer Huawei Ascend P7 cox qeseng modeldir Meslehetdidir Mende O modeldir Samsung dan da kim ne deirse desin cox ustundu samsung bos seydi istiyir note3 yox e s5 olsun bos seydi istedmisem ona gore hal-hazirda huawei sony LG-den basqa modeller Yalandi